Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. Boyukmillet.com xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilib. Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar. Analoji sənədi bu gün Türkiyə, BMT və Rusiya nümayəndələri də imzalayacaq. Qeyd edək ki, sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.
Read More »Tbilisidə Qarabağın tarixi irsi haqqında unikal kitabın təqdimatı keçirilib
Gürcüstan Təsviri İncəsənət Muzeyində “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabın təqdimat mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən Gürcüstan Milli Muzeyinin Baş direktoru David Lordkipanidze nəşri Azərbaycanla mövcud olan sıx dostluğun nəticəsinin olduğunu bildirib. Onun sözlərinə görə, kitabın müəllifi tanınmış alim olan Eldar Nadiradze mövzu üzərində peşəkarcasına iş aparıb: “Bu kitab alimlər və araşdırmaçılar üçün dəyərli mənbədir. Nəşr …
Read More »İraqlı ekspert: “Erməni lobbisinin qurduğu təbliğat iflasa uğradı”
“Erməni lobbisinin təsiri ilə ərəbdilli mətbuatda Azərbaycan haqqında dezinformasiyalar yayılıb”. Boyukmillet.com xəbər verir ki, bunu İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhy Abdulhamid Obada Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxış edərkən söyləyib. “Çox sevinirəm ki, bu çıxışımı müqəddəs Şuşa torpağında edirəm”, – o vurğulayıb. Ekspertin fikrincə, ermənilərin öz lobbilərindən istifadə edərək illərdir qurduğu təbliğat 44 günlük müharibədən sonra iflasa …
Read More »Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib. Ş.Papuaşvili Gürcüstan və Azərbaycanı çoxəsrlik dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib. Parlament sədri Gürcüstanda müxtəlif etnik və dini qrupların cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlar barədə danışıb. Regiondakı vəziyyətə toxunan tərəflər bölgədə sülh və sabitliyin önəmini vurğulayıblar. Spiker Gürcüstanın bundan …
Read More »Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iyulun 20-23-ü tarixlərində Koreya Respublikasına səfər edib. Səfər çərçivəsində iyulun 21-də Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Yo Sınq-benin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin …
Read More »NATO Qara dənizdə hərbi təlimlərə başlayıb
Qara dənizin Bolqarıstana aid hissəsində NATO-nun “Briz” adlı hərbi təlimləri başlanılıb. Boyukmillet.com Bolqarıstanın “News.bg” nəşrinə istinadən xəbər verir ki, bu, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Qara dənizdə keçirilən ilk genişmiqyaslı təlimlərdir. Təlimlərdə Şimali Atlantika Alyansına daxil 11 ölkənin – Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa, Rumıniya, ABŞ, Türkiyə və Fransanın 24 hərbi və köməkçi gəmiləri və qayıqları, 5 təyyarəsi, …
Read More »ARDNF-in builki büdcəsi dəyişib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsi haqqında 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, dəyişikliyə əsasən, Fondun builki gəlirləri ilə bağlı proqnoz 5 199,4 milyon manat və yaxud 9,4% artırılaraq 10 589,7 milyon manatdan 15 789,1 milyon manata çatdırılıb, builki xərcləri ilə bağlı proqnoz isə 1 192,6 milyon manat və yaxud …
Read More »Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib
Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.Boyukmillet.com xəbər verir ki, sərəncamla “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Vahid Hacıyev – Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan …
Read More »Rəşad Nəbiyev Zəngəzurla Naxçıvanı birləşdirən körpünün yerləşəcəyi yerlə tanış olub
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ordubadın Kotam kəndi ərazisində Zəngəzurla Naxçıvanı birləşdirən körpünün yerləşəcəyi yer və nəqliyyat infrastrukturu ilə tanış olub. Bu barədə Boyukmillet.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Eyni zamanda nazir Culfa şəhərində İranla sərhəddə körpü və sərhəd-keçid məntəqəsinə baş çəkib, məntəqənin potensial imkanları və onun …
Read More »Beynəlxalq Media Forumunda birinci panel keçirilib
İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci panel keçirilib. Boyukmillet.com xəbər verir ki, müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada “fake news” ilə mübarizə olub. Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar