Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər kəsin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Allah bu mübarək bayram günlərində kəsilən bütün …
Read More »MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”
İyulun 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Read More »Azərbaycan XİN diplomatik xidmət orqanlarının yaradılması münasibətilə paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının yaradılması münasibətilə təbrik paylaşıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan XİN bu münasibətlə tvitterdə paylaşım edib. “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 103-cü ildönümü münasibətilə xarici siyasət sahəsində fəaliyyət göstərən bütün həmkarlarımızı ürəkdən təbrik edirik. Peşə Bayramı Günümüz Mübarək!”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter paylaşımında qeyd olunub.
Read More »Naxçıvanda şəhid Toğrul Məmmədovun xatirəsinə həsr olunan cüdo yarışı keçirilib
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən, şəhid Toğrul Məmmədovun xatirəsinə həsr olunan cüdo üzrə Naxçıvan şəhər açıq turnirinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və şəhər Gənclər və idman idarəsinin birgə təşkil etdiyi turnirdə Naxçıvan cüdoçuları ilə yanaşı, Bakının “Neftçi”, “Çempion” və “Şahin” idman klublarının idmançıları mübarizə aparıblar. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal …
Read More »BMT TŞ Rusiyanın Suriya ilə bağlı qətnaməsini dəstəkləməyib
BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya transsərhəd yardımla bağlı qətnamə layihəsinin əleyhinə səs verib. Bu barədə Boyukmillet.com TASS-a istinadən xəbər verir. Rusiya və Çin layihənin lehinə, Böyük Britaniya, ABŞ və Fransa isə onun əleyhinə səs verib, qalanları – Braziliya, Albaniya, Keniya, Qabon, Qana, Hindistan, İrlandiya, Meksika, Norveç və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalıb. BMT Təhlükəsizlik Şurası 2014-cü ildən indiyədək ilk dəfə Suriyaya …
Read More »ABŞ Ukraynaya 400 milyon dollarlıq növbəti hərbi yardım paketini ayırıb
ABŞ Ukraynaya növbəti hərbi yardım paketini açıqlayıb. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Paket çərçivəsində Ukraynaya 4 ədəd HIMARS çoxsaylı buraxılış raket sistemi, bu sistemlərin sursatları və artilleriya mərmiləri daxil olmaqla, əlavə 400 milyon dollarlıq hərbi yardım paketi ayırıb.
Read More »Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd edilir: “Qurban Bayramınız mübarək!” pic.twitter.com/1LBRMc6Bsn— İlham Əliyev (@azpresident) July 8, 2022
Read More »Tərtər və Daşkəsən şəhərlərinin Baş planları təsdiqlənib
Tərtər şəhərinin 2038-ci iləqədərki dövrdə inkişafına dair “Tərtər şəhərinin Baş planı” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Digər qərarla Daşkəsən şəhərinin 2038-ci iləqədərki dövrdə inkişafına dair “Daşkəsən şəhərinin Baş planı” təsdiq olunub.
Read More »Azərbaycanda daha 59 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 793 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 576 nəfər müalicə olunaraq sağalıb, hazırda 310 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib. Son sutka ərzində yeni …
Read More »Zakir Həsənov Xocavəndə gedib, komandolara tapşırıqlar verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 2022-ci ilin döyüş hazırlığı planına əsasən çətin relyefli ərazilərdə keçirilən təlimdə komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər. Müdafiə nazirinə təlimin planına uyğun olaraq qəbul edilən qərar barədə məruzə edilib. Qeyd olunub ki, ssenariyə əsasən təxribat törədərək dövlət sərhədi istiqamətindəki yaşayış …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar