Bu gün Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov Sumı şəhər 1 nömrəli gimnaziyaya maarifləndirici layihənin təşkili üçün lazımi avadanlıqlar gətizdirib. Boyukmillet.com xəbər verir ki, yeni plazma panel və multimedia cihazları sayəsində artıq Sumı və Bakı gimnaziyalarının şagirdləri arasında onlayn konfranslar keçirmək mümkün olacaq. Gimnaziyanın direktoru, Ukraynanın Təhsil əlaçısı Larisa Simonenko müasir texnologiyanın geniş imkanlar açdığını vurğulayıb. “Müəssisəmizdə uşaqların hərtərəfli …
Read More »Ukraynanın Baş naziri: “2022-ci ildə ÜDM azı 35% azalacaq”
“2022-ci ildə Ukraynanın ÜDM-i ən azı 35% azalacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazir Denis Şmıqal İsveçrənin Luqano şəhərində Ukraynanın bərpasına dair beynəlxalq konfransda bildirib. Dövlət Statistika Xidmətinin məlumatına görə, Ukraynanın ÜDM-i 2022-ci ilin birinci rübündə ötən ilin dördüncü rübündəki 6,1% artımla müqayisədə 15,1% azalıb. Dünya Bankı bu il Ukraynanın ÜDM-nin 45,1% azalacağını proqnozlaşdırır.
Read More »“Lex”inin baş məşqçisi: “Qələbə qazanmaq vacib idi”
“Mənim üçün yeni klubdakı ilk matçda qələbə qazanmaq vacib idi. Amma indi növbəti görüşü düşünürük və artıq cavab qarşılaşması üzərində işləyirik”. Boyukmillet.com xəbər verir ki, bunu Polşa “Lex”inin baş məşqçisi Con van den Brom evdə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 56 yaşlı mütəxəssis matç zamanı və görüşdən …
Read More »Çempionlar Liqası: “Malmö” və “Lüdoqorets” qələbə qazanıb
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib. Boyukmillet.com xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. Azərbaycan təmsilçisi “Qarabağ” Polşada “Lex”ə minimal hesabla uduzub – 0:1. İsveç “Malmö”sü evdə İslandiya “Vikinqur”unu 3:2, Bolqarıstan “Lüdoqorets”i isə Monteneqro “Sutyeska”sını 2:0 hesabı ilə yenib. İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” komandaları ilk matçda inamlı qələbə qazanıblar. Onlar müvafiq olaraq …
Read More »Bakıda 3 yaşlı uşaq evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb
Bakıda 3 yaşlı uşaq ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü Namazlı Mələk Allahverdi qızı yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Qurban Qurbanov: “Rəqibdən hücum futbolu gözləyirdim”
“Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim”. Boyukmillet.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşada “Lex”ə 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis komandasından razı olduğunu bildirib: “Klubda hər şey qaydasındadır. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada …
Read More »Bakıda avtomobil motosikletçini vuraraq xəsarət yetirib
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1992-ci il təvəllüdlü Bəkdəmirov Zahid Əşrəf oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Bakıda sevgilisi tərəfindən bıçaqlanan 37 yaşlı qadın xəstəxanada ölüb
Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Xəbər verdiyimiz kimi, iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını …
Read More »Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu Suriyanın şimalında 11 terrorçunu zərərsizləşdirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. PKK silahlıları “Fərat Qalxanı” və “Barış Pinarı” əməliyyatı zonalarında məhv edilib. Əməliyyatlar davam edir.
Read More »Əli Əsədov və Samir Nuriyev azad olunmuş ərazilərə səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyulun 5-də Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyətin işğaldan azad olunmuş ərazilərə növbəti səfəri baş tutub. Boyukmillet.com xəbər verir ki, Baş nazir və Prezident Administrasiyasının rəhbərinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar