Cümə , 10 Aprel 2026

autor

DİN: “Bərdə bazarında uşağın nənəsi tərəfindən diləndirilməsi iddiası araşdırılır”

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis baş leytenantı Aslan Qiyaslı “Report”un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı nazirlik məlumatlıdır. “Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”, – DİN rəsmisi vurğulayıb. Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayonunda bazarda xəstə uşağın …

Read More »

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılır

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edilir. Boyukmillet.com xəbər verir ki, tədbir qəhrəmanın ata yurdu olan Əliabad kəndində keçirilir. Qəhrəmanının ev-muzeyi ziyarət edilir. Anım tədbirində rayon rəsmiləri, sakinləri və digər şəxslər iştirak edir. Qeyd edək ki, o, 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni …

Read More »

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə səfər edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb. Boyukmillet.com xəbər verir ki, sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. …

Read More »

Ukrayna tərəfi Rusiya ilə sülh danışıqlarının hansı halda bərpa oluna biləcəyini açıqlayıb

“Ukrayna tərəfi hazırda Rusiya ilə danışıqları bərpa etmək imkanını nəzərdən keçirmir. Avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin bəzi istiqamətlərdə əks-hücumundan sonra hər şey dəyişə bilər”. Boyukmillet.com xəbər verir ki, bunu deputat, Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri David Araxamia “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib. O vurğulayıb ki, Ukrayna Rusiya ilə sülh danışıqlarını yalnız cəbhədəki mövqeləri gücləndiriləcəyi təqdirdə bərpa edə bilər. …

Read More »

Nazir: “Kənd təsərrüfatı ilə bağlı təcrübəmizi digər ölkələrlə bölüşə bilərik”

“Azərbaycan artıq kənd təsərrüfatında rəqəmsal transformasiyanın qurulmasında model rolunu oynayır. Biz bu təcrübəni digər ölkələrlə də bölüşə bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusunda paneldə deyib. Onun sözlərinə görə, su təsərrüfatının idarə edilməsi ilə bağlı hər bir ölkənin qarşısında problemlər var.

Read More »

Barselonada Messinin maliyyə dəstəyi ilə uşaq onkoloji mərkəzi açılıb

Fransanın PSJ futbol klubunun argentinalı hücumçusu Lionel Messinin maliyyə dəstəyi ilə Avropanın ən yaxşı tibb müəssisələrindən biri olan Barselonada yeni uşaq onkoloji mərkəzi istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, uzun illər İspaniyanın “Barselona” klubunda çıxış etmiş argentinalı hücumçu hazırda həyat yoldaşı ilə birlikdə Kataloniyadadır və tibb mərkəzinin açılışında iştirak edib. O, mərkəzin açılmasına maliyyə dəstəyi göstərib. Otuz dörd yaşlı futbolçu …

Read More »

Azərbaycan Prezidentinin köməkçisi: “Türkiyə ilə münasibətlərdə son hədd yoxdur”

“Türkiyə-Azərbaycan münasibətlərində son hədd deyilən bir şey yoxdur. Bizim hədəfimizin son həddi ola bilməz”. Boyukmillet.com xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Qarşımıza qoyulan təlimat və vəzifə ondan ibarətdir ki, bu qardaşlığımızı, iş birliyimizi eyni şəkildə ticarət sahəsində də daha da artıraq. Ticarət sahəsində xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu …

Read More »

BMT-nin rezident əlaqələndiricisi: “Nifrət nitqinin bütün hallarına qarşı qətiyyətlə çıxış etmək mənəvi borcumuzdur”

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Nifrət nitqinə qarşı beynəlxalq mübarizə günü münasibətilə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Bu il ilk dəfə Nifrət nitqinə qarşı beynəlxalq mübarizə gününü qeyd edirik. 2021-ci il iyul ayında BMT Baş Assambleyası “nifrət nitqinin yayılması və genişlənməsi” ilə bağlı qlobal narahatlığı vurğulayaraq, “nifrət nitqi ilə mübarizədə dinlərarası və mədəniyyətlərarası dialoqun və tolerantlığın …

Read More »

Naxçıvanın ictimaiyyət nümayəndələri hərbi hissələrdə olublar

26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının ictimaiyyət nümayədələri hərbi hissələrdə olublar, hərbçilərə mövsümi meyvələrdən sovqat aparıblar. Boyukmillet.com xəbər verir ki, Babək Rayon İcra Hakimiyyəti kollektivinin bu münasibətlə hərbçilərlə keçirdiyi görüşdə çıxış edənlər bildiriblər ki, Naxçıvanda salınan meyvə bağlarından məhsulların toplanaraq əsgərlərə sovqat aparılması ənənəyə çevrilib. Hərbçilər şəxsi heyət adından göstərilən diqqətə və gətirilən sovqata görə minnətdarlıq ediblər. …

Read More »

Uşaq musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul olmaq istəyən şəxslərə müraciət edib. Boyukmillet.com xəbər verir ki, Mədəniyyət Nazirliyi DİM-lə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək. Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu …

Read More »