İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Read More »Ukrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblər
Ukraynanın Zaporojye vilayətində cəbhə xəttində ölən hərbçilərin meyitləri Ukrayna ilə Rusiya arasında “50-nin 50-yə” prinsipi ilə dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb. Bildirilib ki, 50 nəfərdən 37-si Mariupolun 3 aya yaxın mühasirədə qalan “Azovstal” polad zavodunu müdafiə edən hərbçilər olub. “Ölən Ukrayna hərbçilərinin nəşlərinin qaytarılması prosesi davam edir”, – qurum vurğulayıb.
Read More »Azərbaycan EBRD ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandum imzalayıb
Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone ilə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov arasında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “Facebook” hesabında yazıb. “İmzalanmış memorandum əməkdaşlığımızın genişləndirilməsinə və ölkədə özəl sektorum inkişafını dəstəkləməklə, 2030-cu ilədək sosial-iqtisadi inkişaf hədəflərinə nail olmağa töhfə verəcək”, – nazir bildirib. Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi …
Read More »Bakı Banklararsı Valyuta Birjası ləğv olunub
“Bakı Banklararsı Valyuta Birjası” QTSC ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 75, mənzil Winter Plaza, otaq 304 ünvanına bildirə bilərlər. Qeyd edək ki, Bakı Banklararası Valyuta Birjası vasitəsilə banklar arasında valyuta əqdlərinin bağlanması 2015-ci ilin …
Read More »XİN Ermənistan Baş prokurorunun Azərbaycan ərazilərinə qanunsuz səfərinə münasibət bildirib
8 iyun 2022-ci il tarixində Ermənistanın Baş prokuroru Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfər edərək, qondarma qurumun “nümayəndəsi” ilə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və …
Read More »Müdafiə Sənayesi Nazirliyinin poliqonunda hərbi sursat partlayıb
Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz Zavodu” MMC-nin poliqonunda hərbi sursat partlayıb. “Sınaq zamanı 60 mm-lik minaatan partlayıb. Bir nəfər – Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər həyati qorxusunun olmadığını bildiriblər”, – məlumatda qeyd edilib.
Read More »Ədliyyə naziri Lənkəranda vətəndaşları qəbul edib
İyunun 8-də ədliyyə naziri Fikrət Məmmədov Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək onların ədliyyə fəaliyyəti barədə müraciətlərinə baxılıb, xüsusilə Vətən müharibəsi iştirakçılarının qayğılarına həssaslıqla yanaşılıb, qaldırılan məsələlərin …
Read More »Azərbaycan Premyer Liqasında yeni mövsümün başlayacağı vaxt açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün start götürəcəyi vaxt açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, Peşəkar Futbol Liqasının qərarına əsasən, yeni mövsüm avqustun 5-də başlanacaq. I Divizionda isə mövsümə avqustun 24-də start veriləcək.
Read More »İraq Azərbaycana təşəkkür edib
İraq hökuməti İŞİD terror təşkilatının sıralarında döyüşmüş azərbaycanlı ailələrin uşaqlarını geri qaytardığına görə Azərbaycana təşəkkür edib. Boyukmillet.com “Iraqi News Agency”yə istinadən xəbər verir ki, bu barədə İraqın Baş nazirinin milli təhlükəsizlik müşaviri Qasım əl-Aracinin Azərbaycanın Bağdaddakı səfiri Nəsir Məmmədovla görüşündə qeyd olunub. Bildirilib ki, ikitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə tərəflər təhlükəsizlik sahəsində birgə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Görüş zamanı …
Read More »Leyla Abdullayeva: “Bütün diplomatlar Azərbaycanın milli maraqlarının keşiyindədir”
“Azərbaycanın zəfərlərinin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət dayanır. Bu gün bütün diplomatlar Azərbaycanın milli maraqlarının keşiyindədir”. Boyukmillet.com- un xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdiyi iki cildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)“ kitabının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, Azərbaycan 30 il …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar