Cümə , 10 Aprel 2026

autor

Əməkdar jurnalist Nəsir Əhmədli vəfat edib

Azərbaycanın əməkdar jurnalisti, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib. Boyukmillet.com xəbər verir ki, N.Əhmədli 80 yaşında dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi. Əməkdar jurnalist doğulduğu Tovuz rayonunda dəfn olunacaq. Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci …

Read More »

Təhsil Nazirliyi digər tədris dillərində oxuyacaq şagirdlərin valideynlərinə müraciət edib

İyunun 13-ü saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılacaq. Boyukmillet.com xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən qeyd edilən tarixdən məktəb və müəllim seçiminə dair sorğular yerləşdirilə bilər. Həmin tarixdən rus bölməsi üzrə I …

Read More »

DİN polisin dini təhqir etməsi iddialarına münasibət bildirib

“Sosial şəbəkədə bəzi istifadəçiləri iddia edirlər ki, guya Azərbaycan polisi dinimizi təhqir edib”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, qeyd olunan iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddən başqa bir şey deyil: “Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. …

Read More »

Perunun tanınmış qəzeti Bakıdakı Səfirliyin bərpasına çağırış edib

Perunun nüfuzlu mətbu orqanlarından olan “La Razon” xəbər portalında bu ölkədən olan tanınmış jurnalist, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançesin müəllifi olduğu “Perunun Azərbaycandakı Səfirliyinin bərpasının vacibliyi vurğulanıb” başlıqlı məqalə dərc olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, məqalədə, Peru Konqresinin sədri, Konqresin Xarici Əlaqələr Komissiyasının sədri, Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri, diplomatik korpusun çoxsaylı rəhbər və əməkdaşları, yerli KİV …

Read More »

Zakir Həsənov Türkiyədə səfərdədir, “Efes-2022” təlimini izləyəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.

Read More »

Qazaxıstan Azərbaycan ilə əmtəə dövriyyəsini artırmaq niyyətindədir

“Azərbaycan Qazaxıstanın çox vacib iqtisadi tərəfdaşıdır. Ötən il ölkələr arasında əmtəə dövriyyəsi 300 milyon ABŞ dolları təşkil edib”. Boyukmillet.com xəbər verir ki, bunu “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” SC-nin Baş direktoru Azamat Askarulı Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Biznes Forumunda bildirib. Onun sözlərinə görə, bu ilin birinci rübü ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 100 milyon ABŞ dolları təşkil edib. Qısamüddətli perspektivdə məqsəd …

Read More »

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,2 ABŞ dolları, yaxud 0,95 % artaraq 127,13 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünya bazarında Rusiya neftinə qarşı nəzərdə tutulan sanksiyalarla bağlı qərar “qara qızıl”ın qiymətindəki artımı sürətləndirib. Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 119,51 ABŞ dollardan satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, “Azeri …

Read More »

Novxanıda istirahət mərkəzində iki kişi qısqanclıq zəminində bıçaqlanıb

Novxanıda istirahət mərkəzində iki kişi qısqanclıq zəminində bıçaqlanıb. Bu barədə  Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 6-ı saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki şəxsə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı orada istirahətə gələn …

Read More »

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk səfər iyunun 29-dadır – EKSKLÜZİV

Bu il Azərbaycandan Həcc ziyarəti üçün səfər etmək istəyənlərin sənəd qəbulu başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib. Şöbə müdiri bildirib ki, artıq siyahıyaalma və qruplaşma prosesi gedir: “Yaxın günlərdə həmin şəxslərə vizaların verilməsinə başlanılacaq”. QMİ rəsmisi qeyd edib ki, bütün kvota dolub: “16 qrup olacaq. …

Read More »

Azərbaycan Prezidentinin köməkçisi Türkiyənin ABŞ-dakı səfiri ilə müzakirələr aparıb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilib. Bu barədə Türkiyənin Vaşinqtondakı Səfirliyindən bildirilib. Qeyd edilir ki, tərəflər Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha təsdiqləyiblər. Tərəflər regional məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də …

Read More »