Cümə , 10 Aprel 2026

autor

Türkiyə lideri: “Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb”

“Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb. Bu epik qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib. “Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. …

Read More »

Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik dəhlizi yaradacaq

Türkiyə-Suriya sərhədində 30 km dərinlikdə təhlükəsizlik dəhlizinin yaradılması prosesi yaxın gələcəkdə başa çatdırıla bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Ərdoğanın sözlərinə görə, bununla PKK üzvlərinin türk uşaqlarını dələduzluq yolu ilə öz sıralarına qatmağa məcbur etmələrinə son qoyulacaq. Türkiyə Prezidenti qonşu ölkədə yeni əməliyyatın nə vaxt başlaya biləcəyini …

Read More »

Ərdoğan: “Azərbaycanla həmrəyliyimizi artırmağa davam edəcəyik”

“Regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyimizi artırmağa davam edəcəyik. İnşallah qardaşım İlham Əliyevlə birlikdə iki ölkənin dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim yolumuzu, qismətimizi açıq eləsin”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

Read More »

Ərdoğan Azərbaycana təşəkkür edib

“Qardaşım İlham Əliyevin simasında bizi hərarətlə qucaqlayan Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”. Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib. “TEKNOFEST Azərbaycan”ın uğurla həyata keçirilməsinə dəstək verən Azərbaycan hakimiyyətini, nazirliklərimizi, şirkətlərimizi, rəsmi qurumlarımızı və T3 Fondunu səmimi qəlbdən təbrik edirəm”, – Türkiyə lideri əlavə edib.

Read More »

ASAP xarici ölkələrdə Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər keçirdi – FOTO

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması 28 May – Müstəqillik Günü ilə əlaqədar Almaniya və Türkiyədə silsilə tədbirlər keçirib. May ayının 25-i Almaniyanın Berlin şəhərində ASAP-ın tərəfdaşlığı, Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr edilmiş mədəniyyət  gecəsi keçirilib. Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Almaniya nümandəliyinin üzvü Nəzrin Əliyeva, Xarı-Bülbül Azərbaycan …

Read More »

Ukraynada Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edildi

Oxtirkada 28 may Respublika günü ilə əlaqədar olaraq tədbir keçirdilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə vilayət rəhbəri Pavlo Kuzmenko, şəfaətçi Oksana Hetman, Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov, Oxtirka yerli muzeyinin direktoru Lyudmila Mişşenko iştirak ediblər. Ukrayna və Azərbaycan dostluğu həmişə dəstəklənib. İki dövlətin tarixində Ukrayna və Azərbaycan xalqlarının getdikcə daha çox bir araya gəlməsinin faciəli tərəfləri də …

Read More »

Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

“Akıncı” zərbə pilotsuz uçuş aparatı (PUA) İstanbuldan Bakıya dayanmadan uçub. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Beləliklə, rekorda imza atılıb. Əlbəttə, fərqli hadisələr də olacaq. İnşallah, onları da görəcəyik”. Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində “Akıncı” zərbə PUA-sı da nümayiş etdirilir.

Read More »

Ərdoğan: “Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur”

“Biz haqsızlıq qarşısında susanlar olmadıq, olmayacağıq. Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur. Çünki biz harda ədalətsizlik varsa, səsini çıxaran cəsarətli millətin nümayəndəsiyik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib. “Əziz qardaşım, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində …

Read More »

Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və ötən gün saxlanılmaqla …

Read More »