Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlardan istifadə etməsinə dair ilk görüntülər yayılıb. Boyukmillet.com xəbər verir ki, kamikadze dronunun Rusiya texnikası və hərbçilərini zərərsizləşdirməsi videosu Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələrinin feysbuk səhifəsində paylaşılıb. “Rusiya işğalçıları zirehdə oturaraq rahatca alkoqol içirdilər. Lakin onların adət etdiyi məşğuliyyət qəflətən aviazərbə ilə dayandırılıb. Güclü partlayıcı maddə ilə təchiz edilmiş müasir kamikadze pilotsuz uçan aparat birbaşa tanka çırpılıb. …
Read More »Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs həbs edilib
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Hünərli kəndində xidmətdə olan zaman Füzuli rayon sakini Vəzir İbrahimovun idarəsində olan “VAZ-2106” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar. Avtomobilə …
Read More »Yağıntılı hava şəraiti mayın 26-dək davam edəcək – FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 24-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.Düşən yağıntının miqdarı: Kişçayda (Şəki) 28.0 mm, Göygöldə 27.0 mm, Ləzədə 26.0 mm, Şahdağda 25.0 mm, Qudyalçay-Xınalıqda …
Read More »Bakı Enerji Forumunun bir ssessiyası Şuşada keçiriləcək
Bakı Enerji Forumunun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq və iyunun 4-də Şuşa şəhərində Forum iştirakçıları ilə sessiya keçiriləcək. Boyukmillet.com-un məlumatına görə, Forumun ilk iki günü – iyunun 2 -3-də Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr …
Read More »PA-nın sektor müdiri: “Reketçiliklə məşğul olmaq istəyən təşkilatlar var”
“Hazırda 200-ə yaxın təşkilat var ki, onların qeydiyyata alınmaqla bağlı müraciətləri var”. Bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib. Onun sözlərinə görə, Vətən müharibəsi iştirakçılarının bəziləri QHT yaradaraq, onun statusundan istifadə etmək istəyirlər. “Vətən müharibəsindən sonra QHT yaratmaq …
Read More »Elmira Axundova fəaliyyətilə SİNİFDƏ QALDI: “Səfir qapısını bağlayıb camaatı küçədə gözlətməli deyil” – İSBAM sədri ilə VİDEOMÜSAHİBƏ
“Hava limanının bağlanması xəbəri gələndə dedim ki, artıq müharibə başladı”. Bu fikirləri Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda baş verən proseslər haqqında danışan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Yenicag.az-a müsahibəsində səsləndirib. Müharibə başlayan zaman Ukraynada olan İSBAM sədri soydaşlarımızın üzləşdikləri çətinliklərdən, Azərbayanın diplomatik korpuslarının fəaliyyətindən və bir sıra məsələlərdən danışıb. Videomüsahibəni təqdim edirik:
Read More »Ankarada fəaliyyət göstərən liseydə Azərbaycan otağının açılışı olub
Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin təhsil müəssisələrində “Azərbaycanı daha yaxından tanıyaq!” devizi altında həyata keçirdiyi layihə əsasında növbəti Azərbaycan otağı Ankara şəhərində fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qurulub. Boyukmillet.com xəbər verir ki, 28 May – Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə liseydə Azərbaycan otağının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət …
Read More »QƏRB DÜNYANI ANQLOSAKSONİZMİN KÖLƏSİNƏ ÇEVİRMƏK NİYYƏTİ GÜDÜR!
Bu prosesdə Azərbaycanın rolu və İlham Əliyevin mükəmməl xarici siyasəti ABŞ başda olmaqla Qərb dünyasının mənfur siyasəti və onların siyasi marioneti rolunu üstlənən hazırkı Ukrayna hakim dairələrinin səbatsızlığı üzündən III Dünya Savaşı qapını döyür. Çin və Türkiyə kimi söz sahibi, siyasi situasiyaya təsir etmə imkanı olan önəmli aktyorların sayəsində hələlik böyük savaşdan uzaq dura bilirik. Lakin bu, nə qədər davam …
Read More »İranın neft naziri Azərbaycana səfər edəcək
İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, iranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək. Forumda “Energetika keçid dövründə – Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” adlı plenar sessiyalar keçiriləcək. Forumda Xəzər regionunda yeni …
Read More »Əfqan Hacıyev təqaüdə göndərilib
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev təqaüdə göndərilib. Boyukmillet.com xəbər verir ki, mayın 23-də Ə.Hacıyevin icraatında olan sonuncu cinayət işi ilə bağlı hökm oxunub. Bununla da 65 yaşlı hakimin icraatında olan işlər yekunlaşdırılıb və o, təqaüdə göndərilib. Qeyd edək ki, Ə.Hacıyev 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışır. O, 2018-ci ildə həmin məhkəmənin sədr müavini …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar