Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik. Zati-alinizə hörmət və ehtiramla, …
Read More »Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Ərdoğan Türkiyənin NATO-nun “açıq qapı” siyasətini səmimi şəkildə dəstəklədiyini deyib. Türkiyə lideri bildirib ki, İsveç və Finlandiya Türkiyə ilə fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə həmrəy olacaqlarını açıq şəkildə göstərməsələr, bu ölkələr NATO üzvlüyünə …
Read More »Cavid adına məktəb haqda Türkiyə mətbuatında-Video
Haber Global İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına Azərbaycan məktəbi haqda reportaj hazırlayıb. Boyukmillet.com xəbər verir ki, Haber Global İstanbulda Azərbaycanlı ailələrin uşaqları üçün yaradılmış Hüseyn Cavid adına məktəb haqda reportaj hazırlayıb. Məktəbin müdirəsi Şərgiyyə Məmmədova müsahibə zamanı bildirib ki, məktəbi yaratmaq fikri illər öncə Naxçıvanın erməni təcavüzkarları tərəfindən mühazirəyə alınması səbəbindən azərbaycanlıların qardaş Türkiyyəyə sığınmasından sonra başlayıb. Köçkün ailələr …
Read More »Azərbaycan və Ermənistan liderləri görüşəcək – Brüsseldə nələr müzakirə olunacaq?
Sabah, mayın 22-də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, 2021-ci il dekabrın 14-də başlamış və bu il aprelin 6-da davam etmiş Brüssel gündəliyi çərçivəsində növbəti görüşdür. Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlanması gündəlikdə …
Read More »Bakıda tullantılardan hazırlanmış əşyaların satış-sərgi yarmarkası keçirilir
Bu gün “İçərişəhər” Tarix-Memarlıq Qoruğu ərazisində əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən növbəti “ATMA-YARAT-SAT” sosial layihəsi çərçivəsində satış-sərgi yarmarkası keçirilib. Boyukmillet.com xəbər verir ki, yarmarka “Təmiz Şəhər” ASC nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça”ASC, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi …
Read More »Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilir
Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən toplantının gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil …
Read More »İlqar Rəhimov Syerra-Leonenin vitse-prezidenti ilə görüşüb
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leonenin vitse-prezidenti Məhəmməd Culdeh Calloh ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Rəhimov görüş zamanı Azərbaycanda həyata keçirilən idman və sosial siyasət, paralimpiya və abilimpiya hərəkatının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə fiziki məhdudiyyətli şəxslərə, onların …
Read More »Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Ermənilər Qarabağda təkcə vandallıqla məşğul olmayıblar”
“Ermənilər Azərbaycan torpaqlarını işğal etdikləri dövrdə təkcə vandallıqla məşğul olmayıblar. Onlar Azərbaycan xalqının hisslərinə toxunmaq niyyəti ilə qəbirləri belə dağıdıblar”. Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov Ağdama səfəri zamanı deyib. “Biz Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə buradayıq. Azərbaycanda səfərdə olduğumuz müddətdə çox şükürlər olsun ki, işğaldan azad olunan ərazilərə də gəldik. …
Read More »Bakıda yerli istehsalçıların satış-sərgi yarmarkası keçirilir
İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə yerli istehsalçıların satış-sərgi yarmarkası – “Azərbaycan İstehsalçılar Festivalı 2022” keçirilir. Boyukmillet.com xəbər verir ki, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır. Sərgi-satış yarmarkasında 100-dən çox biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və …
Read More »“Jest dilində Vətən və vətənpərvərlik mövzusu layihəsinin yekun tədbiri keçirilib – FOTO +VİDEO
Mayın 20-də Abşeron Rayon Mədəniyyət Mərkəzi “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Jest dilində vətən və vətənpərvərlik mövzusu” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkili layihəsinin yekun tədbiri keçirib. Boyukmillet.com xəbər verir ki, tədbirin və layihənin əsasını məhdudiyyətli insanların vətən sevgisi, müharibə dövründə keçirdikləri hiss və duyğuların …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar