Cümə , 10 Aprel 2026

autor

Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır

Azərbaycan Müdafiə Nazirliyi “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına start verib. Bu barədə  nazirlikdən bildirilib. “Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik. Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik. Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə …

Read More »

Pakistanın BMT-dəki nümayəndəsi: “Azərbaycanın mədəni layihələrinə töhfə verməyə hazırıq”

Pakistanın Azərbaycan ilə sıx dostluq əlaqələrinin daha da gücləndirilməsi üçün bütün mədəni layihələrə töhfə verməyə hazırdır. Boyukmillet.com-un məlumatına görə, bu barədə mədəniyyət naziri Anar Kərimovla ABŞ-da keçirilən görüşdə Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəm bildirib. Görüşdə Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də mədəni əməkdaşlıq sahəsində müzakirələr aparılıb. Nazir Azərbaycanda həyata keçirilən müxtəlif beynəlxalq layihələr …

Read More »

Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Tehranda beynəlxalq şahmat turniri keçiriləcək

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar olaraq Azərbaycanın İrandakı səfirliyinin təşkilatçılığı ilə may ayının 10-da Tehrandakı diplomatik nümayəndəliklərin iştirakı ilə beynəlxalq şahmat turniri təşkil olunacaq. Bu barədə  Azərbaycan Respublikasının İrandakı Səfirliyindən bildirilib. Beynəlxalq şahmat turniri İsveçrə sistemi üzrə keçiriləcək və yarışın qalibləri xüsusi mükafatlarla təltif ediləcəklər. Turnirdə BMT-nin İran nümayəndəliyində, İqtisadi Əməkdaşlıq Təşklatının (ECO) Tehrandakı …

Read More »

DTX: “Rusiya təmsilçiləri Azərbaycana qarşı əsassız iddialar irəli sürüb”

Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən  verilən məlumata görə, heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir. “Bununla …

Read More »

Müharibə vaxtı Ukraynanın mədəni irsinə qarşı 300 hərbi cinayət qeydə alınıb

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı müharibəsi başlayandan indiyədək ölkənin mədəni irsinə qarşı 300 hərbi cinayət faktı qeydə alınıb. Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyasının hüquqi normalarına zidd olaraq Ukraynaya məxsus mədəni-tarixi abidələr dağıntılara məruz qalıb. Mədəni irsə qarşı cinayətlər Ukraynanın 12 …

Read More »

BMT Baş Assambleyasının prezidenti Anar Kərimovla görüşüb

BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahid Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovla görüşüb. Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak məlumat verib. Sözçü bildirib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. P.Kubiakın sözlərinə görə, Baş Assambleyanın prezidenti həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən post münaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət …

Read More »

Bərdədə “Gənc jurnalistlərin hazırlığı” proqramına start verilib

Bərdə Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə aparılan təlimlərdə ilk görüş İctimai Televizyanın Qarabağ müxbiri Şöhrət Eyvazov ilə keçirilib. “Kütləvi İnformasiya Vasitələrinin sosial funksiyaları və informasiya təhlükəsizliyi” mövzusunda mühazirədə jurnalsitikanın əsas prinsipləri və bölgə mediasının  xüsusiyyətlərin haqqında məlumat verilib. 44 günlük müharibədə hərbi sirr xarakterli məlumatların yayılmasının qarşısının alınması və informasiya təhlükəsizliyinin  tələblərinin qorunması istiqamətində göstərilən fəaliyyətdən danışılıb. Təlimdə həmçinin …

Read More »

Almaniya hökuməti bir “Cronimet”ə görə Azərbaycan xalqını nə vaxtadək özündən narazı salacaq…

Samir Adıgözəlli: “Bu ölkə Azərbaycanla əlaqələrini erməni maraqlarına xidmət edən bir şirkətə qurban verməməlidir” “Ermənistan rəhbərliyinə gəldikdə, onların hər bir addımı, hər bir hərəkəti biabırçılıq olub. Amma beynəlxalq auditlə işləyən beynəlxalq şirkət bu çirkin əməllərə əl atırsa, burada həmin o şirkətin yerləşdiyi ölkələrin hüquq-mühafizə orqanlarının işi olmalıdır. Biz bir neçə dəfə o şirkətin adını çəkmişik, bu gün də çəkə bilərəm: …

Read More »

Eynulla Fətullayev: “Mübariz Mənsimov Əfqanıstanda döyüşməyib, aşbaz olub…”

 Bir neçə gün öncə biznesmen Mübariz Mənsimov Sovet ordusu sıralarında Əfqanıstanda döyüşdüyünü bildirmişdi.Boyukmillet.com xəbər verir ki, bu fikirləri haqqin.az saytının rəhbəri Eynulla Fətullayev bildirib. “Müfadiə Nazirliyindən sorğuma cavab olaraq bildiriblər: “22.03.1968-ci il təvəllüdlü, Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası-Qoşun Qidasının aşbazı. Keçmiş SSRİ SQ-nin 145 …

Read More »

Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir. Çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər. Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Read More »