“Şimali Atlantika Alyansı müttəfiqlərindən birinə hücum olacağı təqdirdə Rusiyaya lazımi cavabı verəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib. Xarici işlər naziri qeyd edib ki, alyans Ukraynadakı münaqişəyə qarışmaq niyyətində deyil: “NATO-nun mövqeyi bəllidir. Ancaq hər hansı müttəfiqə ən kiçik bir hücum olsa, biz lazımi şəkildə cavab verəcəyik”.
Read More »Türkiyə və Ermənistan arasında sərhəd xətti yenidən müəyyən ediləcək
“Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşündə qarşıdakı dövrdə atıla biləcək müxtəlif addımlar müzakirə olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib. “Sərhəd xəttinin yenidən müəyyən edilməsilə bağlı razılaşma var idi. Bu, necə olacaq? Məsələn, birgə komissiya yaradılacaqmı? Onlar Azərbaycanla birgə komissiya yaratmaq qərarına gəliblər”, – nazir əlavə edib. Xatırladaq …
Read More »Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Ramazan bayramı münasibətilə növbəti paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri üçün Müqəddəs Ramazan ayı münasibətilə verilən iftar mərasimindən fotolar paylaşaraq “Allah orucunuzu qəbul etsin!” yazıb.
Read More »Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mübarək Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edilib. Boyukmillet.com xəbər verir ki, paylaşımda Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. “Ramazan bayramınız mübarək”, – paylaşımda deyilir:
Read More »Kürdəmirdə ikimərtəbəli ev əşyaları ilə birlikdə yanıb
Kürdəmir rayonunda ikimərtəbəli fərdi yaşayış evi yanıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Həmzə Məhərrəmli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 61 yaşlı İsmayılov İlham Əbülfəz oğluna məxsus, ümumi sahəsi 260 m² sahəsi olan ikimərtəbəli ev əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb …
Read More »Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində hərbi attaşelik aparatının nümayəndələri əvvəlcə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qonaqlar kompleksdə fəaliyyət göstərən muzeyin ekspozisiyasında soyqırıma həsr olunmuş stendlərlə tanış olublar. Onlara ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat …
Read More »Vətən müharibəsi kadrlarının yer aldığı “Köhnə çamadanlar” filmi təqdim olunub
Nizami Kino Mərkəzində Vətən müharibəsini əks etdirən real döyüş kadrlarının yer aldığı “Köhnə çamadanlar” adlı tammetrajlı bədii filmin təqdimatı keçirilib. Boyukmillet.com xəbər verir ki, premyerada yaradıcı heyətlə yanaşı, ictimai xadimlər, QHT nümayəndələri, Vətən müharibəsi iştirakçıları və ssenaridə yer alan hadisələrin şahidləri iştirak ediblər. Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadın taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci …
Read More »Yasəmən Möhübbətqızı:”Dünya azərbaycanlıları, bayramınız mübarək!”
Boyukmillet.com xəbər verir ki, Dövlət və Qanun qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı öz facebook səyfəsində Dünya Azərbaycanlılarını Ramazan bayramı münasibətilə təbrik edib. Boyukmillet.com həmin təbriki təqdim edir: “Bu səhər ,11 ayın sultanı müqəddəs Ramazan ayının son günüdür.Dünya müsəlmanları bayram axşamını qeyd edəcək,bir-birilərini müjdələyəcəklər!Tanrı dünya müsəlmanlarının-türklərinin əmniyyətini davamlı etsin,düşmənlərinə aman verməsin! İnsanlıq hörmətinə bir-birimizə qarşı ədəb-ərkan,hörmət və izzətlə davranaq!Kimsəni davranışlarımızla aşağılamayaq,ailədə,kollektivdə …
Read More »Vüqar Rəhimzadə: “Prezident Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi”
“Prezident İlham Əliyev Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi”. Bunu “Report”a Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib. V.Rəhimzadə qeyd edib ki, hər bir beynəlxalq səviyyəli tədbir onun təşəbbüskarı olan və ev sahibliyi edən ölkənin malik olduğu imkanların, hazırkı dövrdə hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır: “İstər 44 günlük İkinci …
Read More »Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib
Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun barelyefinin və xatirə lövhəsinin açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, xatirə lövhəsi və baralyef şəhidin yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində ünvanda doğum günündə istifadəyə verilib. Mərasimdə M.İbrahimovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və iş yoldaşları iştirak ediblər. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. M.İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov tədbirdə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar