Cümə , 10 Aprel 2026

autor

Emin Hüseynov: “Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir”

“Təqdim edilən xəritələrin dəqiqliyinə də tam əmin olmaq təhlükəlidir. Bir ildir ki, Ağdam işğaldan azad olunub, amma bu yaxınlarda elektrik xətti çəkməyə müyəssər olduq. Bunun səbəbi o idi ki, həmin o keçmiş təmas xətti dediyimiz ərazi o qədər partlamamış hərbi sursatlarla, piyada və tank əleyhinə minalarla dolu idi. Eni 5 kilometr olan bir zolaqda minalar sanki yük maşınından yerə boşaldılmışdı. …

Read More »

Türkiyədə antiterror əməliyyatının yeni mərhələsi başlayıb

Türkiyənin şərqindəki Van vilayətində “Eren Kış” antiterror əməliyyatının 12-ci mərhələsi başlayıb Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Terrorçuların axtarışı və zərərsizləşdirilməsinə 450 polis və xüsusi təyinatlı cəlb olunub. Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.

Read More »

Fransis Qardener-Trexo: “Naxçıvan və İngiltərə universitetləri arasında əlaqə yaratmaq istəyirik”

“Bildiyimiz kimi, British Councilin ölkədəki əsas missiyalarından biri ingilis dilinin inkişafı və təbliğidir. Bu sahədə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə gələcəkdə hansı işlər görə biləcəyimizi də müəyyənləşdirdik. British Council olaraq ingilis dili tədrisinin aparılmasında daha çox onlayn vasitələrdən istifadəni təbliğ edirik və bunu müzakirələrimizdə də bildirdik. Çünki bu üsul müəllimlərin, şagirdlərin ingilis dili materiallarına əlçatanlığını daha çox asanlaşdırır. Gələcəkdə …

Read More »

ABŞ-ın Prinston Universitetinin erməni tələbələrinin təxribatı uğursuz olub

Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların ən qədim və nüfuzlu təhsil ocaqlarından olan Prinston Universiteti tərəfindən təşkil olunan “Qafqaz regionu yol ayrıcında: Sülh və əməkdaşlıq üçün çağırışlar və perspektivlər” (“The Caucasus Region at a Crossroads: The Challenges and Prospects for Peace and Cooperation”) adlı vebinarda iştirak edib. Boyukmillet.com xəbər verir ki, ali təhsil ocağının internet …

Read More »

Ağdamda İşğal, Zəfər muzeyi kompleksi, İçərişəhər tipli tarixi-mədəni hissə yaradılacaq

“Futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov rəsmi mətbuata müsahibəsində bildirib. …

Read More »

Prezidentin xüsusi nümayəndəsi: “Ağdam əhalisinin sayına görə 4-cü böyük şəhərə çevriləcək”

Ağdamın Baş planına əsasən 2040-cı ilədək şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artacaq. Bunun üçün 1 750 hektara yaxın ərazi nəzərdə tutulub. Boyukmillet.com xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov rəsmi mətbuata müsahibəsində bildirib. O, qeyd edib ki, Ağdam Azərbaycanda əhalisinin sayına …

Read More »

SON XƏBƏR: “Oğlumu Azərbaycana göndərməyə hazıram” – Paşinyan

Paşinyan yenidən oğlunu məhbuslarla dəyişməyi təklif edib: “Mən hələ də bütün erməni əsirlərin qaytarılması müqabilində oğlumu Azərbaycana göndərməyə hazıram”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan bu gün – dekabrın 8-də parlamentin iclasında hökumət saatında müxalifətin “Hayastan” blokundan olan deputat Elinar Vardanyanın sualını cavablandırarkən deyib. Ermənistan hökumətinin başçısı xatırladıb ki, onun seçki kampaniyası zamanı səsləndirdiyi təklif qüvvədə qalır. …

Read More »

Türkiyə parlamentində dava – Deputatlar yumruqlaşdı

Türkiyə Böyük Millət Məclisində Daxili İşlər Nazirliyinin büdcəsinin müzakirələri zamanı deputatlar arasında dava düşüb. Trend-in məlumatına görə, insident Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Erkan Aydının çıxışı zamanı baş verib. Çıxışı zamanı daxili işlər naziri Süleyman Soylu onu saxtakar adlandırıb. Yaranan mübahisə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə CHP deputatları arasında yumruq davasına çevrilib. Münaqişə ilə əlaqədar iclasa fasilə …

Read More »

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki vəziyyəti və “3+3” formatını müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi …

Read More »

Hava şəraiti dəyişəcək, intensiv yağış və qar yağacaq – XƏBƏRDARLIQ

Dekabrın 9-dan 10-dək əsasən şimal və qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Read More »