Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Read More »Masazırda qanunsuz heyvan kəsimi məntəqəsi aşkar olunub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. AQTA-dan verilən məlumata görə, həyata keçirilən monitorinqlər zamanı Abşeron rayonu, Masazır qəs., Qurtuluş-93 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Novruzov Kamil Tofiq oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqəsinə baxış keçirilib. Baxış …
Read More »Ermənistan parlamentində sərhədlərin müəyyənləşməsi ilə bağlı dinləmələr keçirilib
Ermənistan parlamentində sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı dinləmələr keçirilib. Boyukmillet.com “News.am”a istinadən xəbər verir ki, dinləmələrdə müxtəlif partiyalardan olan deputatlar, keçmiş hərbçilər, analitiklər, ictimai xadimlər və başqaları iştirak ediblər. İclasa “Ermənistan” blokundan olan Milli Assambleyanın vitse-spikeri İşxan Saqatelyan sədrlik edib.
Read More »Şəhid jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılışı olub
Bu gün Müşfiqabad qəbiristanlığında şəhid jurnalist Məhərrəm İbrahimovun qəbirüstü xatirə bulağının açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə mərhum jurnalistin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidin məzarı üzərinə gül dəstələri düzülüb. Açılış mərasimində çıxış edən şəhid jurnalist Məhərrəm …
Read More »Kamran Əliyev və İstanbulun Baş prokuroru Füzuli və Şuşaya səfər edib
Türkiyənin İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, noyabrın 24-də nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonuna səfər ediblər. Qonaqlar ilk öncə İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi Zəfər yolu ilə tanış …
Read More »Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Şirvan filialı yaradılacaq
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Hacıqabul şəhərində Şirvan filialı yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında qərar qəbul olunub. İclasda, həmçinin bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə edilib.
Read More »Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,50 ABŞ dolları, yaxud 0,60 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 83,77 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) …
Read More »Kəlbəcər su ilə təmin edilib
“Azərsu” ASC işğaldan azad olunmuş Kəlbəcər rayonunda təxirəsalınmaz tədbirlər görərək şəhərə suyun verilməsini, hərbi və mülki təyinatlı obyektlərin su təchizatını təmin edib. “Report” bu barədə quruma istinadən xəbər verir. İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə rayon mərkəzinin içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. …
Read More »Türkiyə artilleriyası İraqda terrorçulara zərbələr endirib
Türkiyə Silahlı Qüvvələrinin artilleriya ekipajları İraqın şimalında “Pençe-Kaplan” əməliyyatı zonasında PKK terrorçularının hədəflərinə zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı iki terrorçu zərərsizləşdirilib. Nazirlik İraqda terrorçulara qarşı mübarizənin davam etdiyini vurğulayıb.
Read More »İtaliyada peyvənd olunmayanlar üçün daha sərt məhdudiyyətlər tətbiq edilib
İtaliya Nazirlər Şurası koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün məhdudlaşdırıcı tədbirləri sərtləşdirən yeni fərmanı təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “La Stampa” qəzeti məlumat yayıb. Yeni qaydalara əsasən, yaşıl keçid COVID-19 sertifikatı 48 saat müddətinə veriləcək. Bu sənəd koronavirus testindən keçdikdən sonra yalnız işə və zəruri malların olduğu mağazalara giriş, eləcə də regionlararası nəqliyyatda səyahət üçün işləyəcək. Bundan əlavə, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar