Cümə , 10 Aprel 2026

autor

Azərbaycanın hərbi büdcəsinin artırılması təklif edilir

Azərbaycanın hərbi büdcəsinin artırılması təklif edilir. Boyukmillet.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı çıxış edib. Deputat bildirib ki, gələn il Azərbaycanın dövlət büdcəsində hərbi sahəyə kifayət qədər vəsait ayrılıb: “Hazırda Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir. …

Read More »

İlyas Hacıyev: Zəfər günü xalqımızın tarixində xüsusi əhəmiyyətə malik tarixi hadisə olduğuna görə biz mədəniyyət işçiləridə burada üzərimizə düşən işləri layiqincə yerinə yetirməyə çalışırıq

Azərbaycanın Qarabağda qazandığı Zəfər ölkəmizin hər yerində böyük coşqu ilə keçirilibdir. Bərdə Regional Mədəniyyət İdarəsinin hazırladığı bayram proqramı özünün xüsusi özəlliyi ilə seçilib. Bərdə, Tərtər, Yevlax və Mingəçevir şəhərlərində təşkil edilən konsert proqramlarında ictimaiyyət nümayəndələrinin və vətəndaşların daha fəal iştirakı medianın diqqətini çəkib. Boyukmillet.com xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbəri İlyas Hacıyevin mətbuata verdiyi açıqlamada aşağıdakıları bildirib: “Dövlət …

Read More »

Ekspert: “Rusiya Ermənistanın təxribatlarına lazımınca cavab verməlidir”

“Ermənistan – Azərbaycan sərhədində törədilən təxribatlar regiondakı sabitliyi pozmaq məqsədi daşıyır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna Q.Plexanov adına Rusiya İqtisad Universitetinin professoru, ekspert Aleksandr Perenciyev bildirib. “Ermənistan Rusiya sülhməramlılarını Azərbaycan hərbçilərilə qarşı-qarşıya gətirməyə çalışır. Bu təxribat açıq-aşkar Rusiya sülhməramlılarına qarşı yönəlib” – deyən ekspert xatırladıb ki, Ermənistan tərəfi mütəmadi olaraq təxribatlar törədir: “Fikrimcə, bu məsələ ətraflı araşdırılmalıdır. …

Read More »

Zəfərimiz azərbaycançılığımızdır

Vətən müharibəsində qazandığımız Zəfər azərbaycançılıq ideologiyasının təntənəsidir Müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan zəngin dövlətçilik tarixinə malikdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı nailiyyətlər qazanan Azərbaycan Respublikası məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli ideologiya və strategiya əsasında inkişaf edir. Heç şübhəsiz ki, bu inkişafda azərbaycançılıq məfkurəsinin xüsusi payı var. “Azərbaycanda azərbaycançılıq ideyasının tarixi, əslində Azərbaycan …

Read More »

İtalyan senatorlar növbəti dəfə azad edilən ərazilərin minalardan təmizlənməsi məsələsinə diqqət çəkib

İtaliya Senatının “Yaşayan İtaliya” partiyasından olan üzvləri, Senatda parlament komissiyasının prezidenti, senator Mauro Maria Marino və xarici əlaqələr və emiqrasiya daimi komissiyasının vitse-prezidenti, senator Laura Garavini Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə İtaliyanın verə biləcəyi töhfə barədə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinə rəsmi sorğu göndərib. Boyukmillet.com xəbər verir ki, sorğuda 9 noyabr 2020-ci il tarixində …

Read More »

Mövlud Çavuşoğlu Livanda səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Livanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb. “Beyrutda bizə qapılarını və könüllərini açan vətəndaşlarımızla bir araya gəldik, süfrələrini paylaşdıq. Dünyanın harasında olursa olsun, biz böyük bir ailəyik”, – o qeyd edib.

Read More »

Ağdamda minaya düşən şəxsin meyiti ərazidən götürülüb

Ağdam rayonunda minaya düşən şəxsin meyiti ərazidən götürülüb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib. Onun sözlərinə görə, noyabrın 15-də Ağdam rayonunun Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşərək həlak olan Ağdam rayon sakini Zaur Ağayevin meyitinin ərazidən götürülməsi üçün müvafiq qurumların əməkdaşları tərəfindən intensiv tədbirlər …

Read More »

Prezident “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü” ilə bağlı dəyişiklikləri təsdiqləyib

“Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev qanuna dəyişikliyi imzalayıb. Dəyişikliyə əsasən, “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri, “Dövlət müstəqilliyi günü” sözləri “Müstəqilliyin Bərpası Günü” sözləri ilə əvəz edilib.

Read More »

Azərbaycan MN: “Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir”

Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb. Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər …

Read More »

Azərbaycan MN: “Ermənistan hərbi bölmələrinin hücumu tam iflasa uğrayıb”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələri bölmələrinin dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində hücum cəhdinin tamamilə iflasa uğradığını bəyan edib. Bu barədə nazirlikdən məlumat verilib. “Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi Yerevanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib”, – nazirlikdən bildirilib. Bizim Facebook səhifəmizə abunə …

Read More »