Vətən müharibəsində döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu baş çavuş Abdullayev Tural Şakir oğlunun bu gün il mərasimi keçirilib. DİN-dən verilən məlumata görə, mərasimdə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev, Daxili Qoşunlar Komandanının müavini general-mayor Vidadi Əliyev, Bakı şəhər BPİ-nin rəisi, polis general-mayoru Əkbər İsmayılov, Xəzər və Sabunçu Rayon İcra hakimiyyətlərinin başçıları, şəhidin …
Read More »Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konsert keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestri şəhər əhalisinə və şəhərin qonaqlarına konsert təqdim olunub. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət …
Read More »Ərdoğan: “Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm”
“Qarşıdakı həftələrdə yenə Azərbaycanda olacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib. “Keçən il Türkiyə Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında Vətən müharibəsi aparan azərbaycanlı qardaşlarımıza dualarımızı çatdırmışdıq. Çox şükür, 44 gün davam edən çətin mübarizə Azərbaycanın zəfəri ilə başa çatdı. Beləliklə, 30 ilə yaxın işğal altında olan Qarabağ …
Read More »Gürcüstan DİN: “Saakaşvili sərhədi keçən kimi həbs olunacaq”
“Sabiq prezident Mixeil Saakaşvili Gürcüstan sərhədini keçməyib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib. Qeyd olunub ki, Ukrayna tərəfi ilə dəqiqləşdirilib ki, keçmiş dövlət başçısı ölkəni tərk etməyib. “Mixeil Saakaşvili axtarışdadır. O, Gürcüstan sərhədini keçən kimi həbs olunacaq”, – brifinqdə deyilib.
Read More »Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb
Polşanın paytaxtı Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb. “Report”un Avropa bürosunun məlumatına görə, hadisə Varşavanın Belyanı (Bielany) rayonunda baş verib. Belə ki, axşam saatlarında yaşadıqları ərazidə küçədə azərbaycanlı gənclərin ucadan ingiliscə “Karabakh Is Azerbaijan!” şüarları yaxınlıqdakı kafedə əyləşən 4-5 nəfərdən ibarət gənc erməni oğlan və qızların etirazına səbəb olub. Onların iradına baxmayaraq azərbaycanlı gənclər şüar səsləndirməsini davam ediblər. …
Read More »Kukla Teatrı mövsümün açılışını edib, ilk tamaşaçıları şəhid övladları olub
Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sərt xüsusi karant rejimindən sonra ilk tamaşa keçirilib. Boyukmillet.com xəbər verir ki, 90-cı yubiley mövsümünü yaşayan sənət ocağı “Cırtdan” tamaşası ilə teatrsevərlərin qarşısına çıxıb. Məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirən Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Qeyd edək …
Read More »Azərbaycan veteranları Prezident İlham Əliyevə müraciət edib
Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən “Nəsillərin görüşü” adlı konfransın iştirakçıları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, müraciətdə deyilir: “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Sizin hərbi-siyasi rəhbərliyinizlə aparılan və böyük zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni bir səhifə açıb, …
Read More »Azərbaycan nefti yenidən bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,36 ABŞ dolları, yaxud 0,45 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 80,44 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Read More »Azərbaycan yığmasının və “Neftçi”nin sabiq futbolçusu vəfat edib
“Neftçi” klubunun və Azərbaycan milli komandasının keçmiş futbolçusu Vladislav Lemiş vəfat edib. Boyukmillet.com-un məlumatına görə, sabiq hücumçu 51 yaşında ikən dünyasını dəyişib. Bakıda “Əmək ehtiyatları” futbol məktəbinin yetirməsi olmuş Lemiş “Neftçi”nin heyətində 1988-1989-cu illərdə çıxış edib. 1987-ci ildə isə o, yeniyetmələr arasında dünya çempionu olub. Forvard Rusiyanın müxtəlif komandalarında, həmçinin İspaniyanın “Palamos” klubunda forma geyinib. Karyerasını başa vurduqdan sonra Lemiş …
Read More »Azərbaycanda itkin düşən daha bir hərbçinin meyiti tapılıb
“Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz var”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. “Birinci Qarabağ müharibəsində 4 min, İkici Qarabağ müharibəsində isə 7 nəfər şəxs itkin düşüb. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar