Cümə axşamı , 9 Aprel 2026

autor

ABŞ nüvə proqramı ilə İrana çağırış etdi

ABŞ İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planını bərpa etmək istiqamətində danışıqlar aparmaq üçün yenidən Vyanaya qayıtmağa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. Onun sözlərinə görə, Vaşinqton Tehrandan anoloji addım atmağı gözləyir: “İranın yeni prezidentinə mesajımız, sələflərinə olan mesajla eynidir. Çox sadədir: Birləşmiş Ştatlar milli təhlükəsizliyini və tərəfdaşlarının mənafelərini müdafiə edəcək. Ümid edirik …

Read More »

ÜST rəhbəri bəşəriyyəti gözləyən böyük təhlükədən danışdı

“Bəşəriyyət real təhlükə dövrünə daxil olub və koronavirusla mübarizədə bir çox nailiyyətlər hazırda eroziyaya uğrayır”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə bildirib. Onun sözlərinə görə, infeksiyaya yoluxanların sayında artıma səbəb sosial təmaslar, düzgün təşkil edilməyən ictimai siyasət tədbirləri və peyvəndin qeyri-bərabər paylanmasıdır. O, koronavirusa qarşı peyvəndin 80 faizdən çoxunun yüksək və orta …

Read More »

Bakıda 13 yaşlı qız özünü 4-cü mərtəbədən atıb

Bakıda 13 yaşlı yeniyetmə qız ağır bədən xəsarətləri alıb. Boyukmillet.com-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü A.V özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb. Yaralı ağır vəziyyətdə təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozları qoyulub. Yeniyetmənin vəziyyəti ağır …

Read More »

“Neftçi” və “Qarabağ”ın potensial rəqiblərinin adı böyük ölçüdə müəyyənləşib

Azərbaycan komandalarının UEFA Konfrans Liqasındakı potensial rəqibləri III təsnifat mərhələsinin ilk oyunlarını keçiriblər. Boyukmillet.com-un məlumatına görə, İsraildə “Makkabi” (Hayfa) ilə Farer adalarının “Torshavn” komandası üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 7:2. Bu görüşün qalibi “pley-off” mərhələsində “Neftçi” ilə üz-üzə gələ bilər. Bu, flaqmanın Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK komandasını üstələməyəcəyi təqdirdə gerçəkləşəcək. İslandiyada isə “Breydablik” …

Read More »

Ağdamda beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 16-17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun iştirakı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada təşkil olunacaq. İkigünlük konfrans zamanı “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər”, “Ağdamın …

Read More »

Qara dənizdə Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə beynəlxalq təlimlər başlayıb

Qara dənizdə “Dive-2021” beynəlxalq hərbi təlimləri başlayıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Hərbi Dəniz Qüvvələri yayıb. Təlimlərdə Ukrayna ilə yanaşı ABŞ, Bolqarıstan, Rumıniya, Azərbaycan və Gürcüstan hərbçiləri iştirak edirlər. Təlimlərin əsas məqsədi çoxmillətli dalğıcların taktiki hərəkətlərini sinxronlaşdırmaq və müxtəlif ölkələrdən olan dalğıcların tapşırıqları birgə yerinə yetirmək bacarıqlarını inkişaf etdirməkdir.

Read More »

Bilal Haye: “Pakistan Qarabağın bərpasına töhfə verməyə hazırdır”

“Biz Azərbaycanı həmişə dəstəkləmişik və indi də kömək etməyə şad olarıq”. Bunu “Report”a Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye bildirib. “Digər diplomatlarla birgə Azərbaycanın azad olunmuş ərazilərinə mən də getmişdim. O cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşada da olmuşam. Oradakı vəziyyət elə Cammu və Kəşmirdəki ilə eynidir. Bu da bizi Azərbaycanla yaxınlaşdırır. Bəli, Qarabağ azad olunub, amma indi …

Read More »

“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya” ilə bağlı komissiyanın iclası keçirilib

Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 23 iyul tarixli 2796 nömrəli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş …

Read More »

Şuşanın içməli su təchizatını yaxşılaşdıracaq şirkətin adı açıqlanıb

“Azərsu” ASC dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində Şuşa şəhərinin içməli su təchizatında sabitliyin təmin olunması üçün mövcud qurğuların əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Protean Construction” MMC-dir. Qalib şirkətə 8 631 265 manat ödəniləcək.

Read More »

XİN: “Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır”

“Rusiya Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlərin artmasından narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan ölümləri ilə müşayiət olunması xüsusi təşviş doğurur. Təəssüf ki, gərginlik hələ azalmağa doğru getmir”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bildirib. Diplomat deyib ki, bütün məsələləri yalnız sülh yolu və siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır: “Rusiya …

Read More »