Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı …
Read More »Zabit: “Hərbi Dəniz Qüvvələri Azərbaycanın su məkanının daimi müdafiəsinə cavabdehdir”
“Hərbi Dəniz Qüvvələri Xəzər dənizində Azərbaycanın daimi müdafiəsinə cavabdehdir. Bu və ya digər təhdid, hücum, təhlükə yarandıqda onun qarşısını alır. Həmçinin hərbi donanmamız Xəzər dənizi ərazisindən keçən kəmərin təhlükəsizliyinə də nəzarət edir”. Bu fikirləri “Report”a açıqlamasında Hərbi Dəniz Qüvvələrinin zabiti Kamil Məmmədov 5 avqust – Hərbi Donanma Günü ilə bağlı danışarkən bildirib. O, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin 44 günlük Vətən müharibəsində göstərdiyi …
Read More »Baş prokuror Sədərək rayonunda hərbi hissədə olub
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti sərhəd bölgəsində Sədərək rayonunda yerləşən hərbi hissədə olub. Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanışlıq olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüş keçirilib. Görüş zamanı əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla …
Read More »Milli Məclis: “Eldəniz Səlimova deputat maaşı veriləcək”
“Toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimova deputat maaşı veriləcək”. Bunu “Report”un sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov deyib. Onun sözlərinə görə, E.Səlimovun toxunulmazlığı ləğv edilib, amma mandatı alınmayıb: “Buna görə də ona deputat maaşı veriləcək. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olarsa, onun deputat səlahiyyətlərinə xitam veriləcək və Eldəniz Səlimova maaş verilməyəcək”. İntizam komissiyanın katibi onu da …
Read More »Azərbaycan antiterror təlimlərinə başladı – VİDEO+FOTOLAR
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib, Boyukmillet.com xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən taktiki-xüsusi təlimin mövzusu mülki əhali arasında çaxnaşma yaratmağa və təxribat törətməyə hazırlaşan şərti düşmənin təxribat-diversiya qrupunun gizləndikləri binada zərərsizləşdirilməsi olub. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin praktiki vərdişləri …
Read More »Türkiyədə biri dəstə başçısı olmaqla PKK-nın 4 terrorçusu zərərsizləşdirilib
Türkiyə Daxili İşlər Nazirliyinin Mardində keçirdiyi “Eren-5” antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının axtarışda olan tanınmış liderlərindən biri – “Cilo” kod adlı Süleyman Öztürk məhv edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Nazirliyin yaydığı başqa bir məlumata görə, Vanda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın üç silahlısı zərərsizləşdirilib. Əməliyyat nəticəsində terrorçuların silah-sursatları da məhv edilib.
Read More »Prezident Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də “Şabran rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, Sərəncama əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)–Padar avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü …
Read More »Vüqar Səfərlinin məhkəməsi başlayıb
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Boyukmillet.com xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi …
Read More »Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanda yeni nümayəndə təyin etdi
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Azərbaycanda yeni nümayəndə təyin edib. Bu barədə Avropa.info-ya Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycandakı Nümayəndələyindən məlumat verilib. Bildirilib ki, Mustafa Kemal Beyazbayram ŞKTC-nin Azərbaycandakı nümayəndəsi təyin edilib. Mustafa Kemal Beyazbayram avqust ayından yeni vəzifəsinin icrasına başlayıb.
Read More »Kəlbəcər yolunun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb
“Göygöl rayonunun Toğanalı kəndindən Kəlbəcər şəhərinə, ordan isə rayonun İstisu qəsəbəsinə və Laçın rayonuna çəkilən avtomobil yolunda torpaq işləri görülür”. Bunu “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Fərid Yusubov deyib. “Artıq həmin yolun yatağı nəqliyyatın hərəkəti üçün normal vəziyyətə salınıb. Yol I dərəcəli, 2-4 zolaqlı olacaq. Növbəti ildən asfaltlama işlərinə başlanılması nəzərdə tutulub”, – deyə o, qeyd edib. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar