“Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm nəqliyyat sektoruna aid, həm də yaşayış məntəqələrinə aid ərazilərdə minatəmizləmə əməliyyatları aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmisi İdris İsmayılov bildirib. “Bu günə qədər agentlik 3500 hektar ərazini partlamamış hərbi sursatdan təmizləyib, 20 mindən yuxarı partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirilib”, – o deyib.
Read More »Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərəcək
İyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün …
Read More »Mövlud Çavuşoğlu: “Yanğınla bağlı 3 şübhəli şəxs saxlanılıb”
“Yanğını kim törədib? Hazırda 3 nəfər şühəli şəxs qismində saxlanılıb və müvafiq qurumlara təslim edilib”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fəlakət bölgəsində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə, görə, həmin şübhəlilərlə yerli sakinlər arasında toqquşma aradan qalxıb. Nazir vətəndaşlara dəyən ziyanların ödəniləcəyini, yardımlar gəldiyini də vurğulayıb.
Read More »Qarabağın bütün yaşayış məntəqələrinin ümumi planı hazırlanacaq
Bu ilin noyabr ayının sonuna qədər Azərbaycanın işğaldan azad edilmiş bütün yaşayış məntəqələrinin ümumi planının hazırlanması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib. Onun sözlərinə görə, hazırda bütün aidiyyəti orqanlarla bu istiqamətdə müzakirələr aparılır. “Müzakirələr bütün kommunikasiyalar üzrə gedir. Ümumi planla bağlı noyabrın sonuna qədər dəqiq məlumat verə bilərik”, …
Read More »Qubada Vətən müharibəsi şəhidinin ildönümü qeyd olunub
Qubanın Alekseyevka kəndində Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun anadan olmasının 24-cü ildönümü qeyd olunub. Boyukmillet.com xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının nümayəndələri, Quba Sosial-İqtisadi Kollecinin müəllim heyəti, Quba şəhidlərinin valideynləri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə şəhidin məzarı, daha sonra kəndin mərkəzindəki xatirə bulağı ziyarət olunub. Anım tədbirində Ülvü Məmmədovun həyat yolundan danışılıb, 2020-ci il …
Read More »Zakir Həsənov poliqona gedib, hərbçilərin atış məşğələlərini izləyib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanmaq üçün ümumqoşun poliqonlarından birinə gəliblər. Boyukmilleüt.com xəbər verir ki, müdafiə nazirinə məruzə olunub ki, təhsil prosesi çərçivəsində ən yeni nəsil texnikanın istifadəsi üzrə keçirilən dərslərə xüsusi diqqət yetirilir. Bildirilib ki, kurslar zamanı hərbi qulluqçular qoşunların silahlanmasında olan müasir döyüş vasitələrinin taktiki-texniki …
Read More »Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olunub
“ƏSR” və “ARKAN TOUR” MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış ibtidai istintaqla “ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi …
Read More »Prezident: “Azərbaycan hökuməti və xalqı Türkiyənin yanındadır”
“Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığında bildirib. “Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, – dövlət …
Read More »Milli Məclisin İntizam komissiyası deputat Eldəniz Səlimovun məsələsini müzakirə edəcək – EKSKLÜZİV
“Artıq Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktını təsdiqləyib. Bu o deməkdir ki, ortada qanun pozuntusu var”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, deputat Eldəniz Səlimov …
Read More »SOCAR-ın İdarəsi qeyri-neft ixracından gəlirini 66% artırıb
Bu ilin I yarısında Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 118,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66,4% çoxdur.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar