Cümə axşamı , 9 Aprel 2026

autor

Deputat Eldəniz Səlimov polisi döyüb, hadisə ilə bağlı Baş Prokurorluğa müraciət olunub – RƏSMİ

Daxili İşlər Nazirliyi iyulun 29-da Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktına münasibət bildirib. “Report”un sorğusuna cavab olaraq nazirliyin Mətbuat xidmətindən belə bir hadisənin baş verdiyi təsdiqlənib. Bildirilib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna …

Read More »

Hikmət Hacıyev: “Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə yardım dəstələri göndəriləcək”

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib: “Müvafiq …

Read More »

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Boyukmillet.com-un xəbərinə görə, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir. Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə …

Read More »

Azərbaycan neftinin qiyməti 75 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,93 ABŞ dolları, yaxud 1,25% artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,36 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.07.2021)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,19% artaraq 2,0193 manat, Rusiya rublunun məzənnəsi isə 0,43% yüksələrək 0,0232 manat təşkil edib. ValyutaMəzənnə1 ABŞ dolları1.70001 Avro2,01931 Rusiya rublu0,02321 Avstraliya dolları1,25601 Argentina pesosu0,01761 Belarus rublu0,67841 Braziliya rialı0,33461 BƏƏ dirhəmi0,46281 Cənubi Afrika randı0,1167100 Cənubi Koreya vonu0,14791 Çexiya kronu0,0792100 Çili pesosu0,22371 Çin yuanı0,26321 Danimarka kronu0,27151 Gürcü larisi0,54441 Honq …

Read More »

Jurnalistlər, dövlət rəsmiləri Füzuli, Hadrut və Şuşada görülən işlərlə tanış olacaqlar

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupların və bir qrup jurnalistin Füzuliyə, Hadruta, Şuşaya səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, səfər zamanı Füzuli Hava Limanının tikintisi ərazisinə baxış keçiriləcək. Səfər çərçivəsində eyni zamanda …

Read More »

“Mançester Yunayted”in baş məşqçisi: “Məni Azərbaycanla oyunda qollar vurduqdan sonra aldılar”

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ule-Qunnar Şulşer futbolçu olduğu dönəmdə “qırmızı şeytanlar”a transferi haqqında danışıb. Boyukmillet.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis müsahibəsində 1996-cı ildə Norveç “Molde”sində çıxış etdiyini xatırladıb. O, İngiltərə təmsilçisinə keçidinin həmin il Norveç yığmasının heyətində Azərbaycan millisinə qarşı keçirdiyi oyundan sonra gerçəkləşdiyini bildirib: “Həmin matçda iki baxımlı qol vurdum. Biri çox gözəl …

Read More »

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib

Bakı şəhərində 2 gün ərzində davam edən güclü siklon və qeyri-sabit hava şəraitinin törətdiyi fəsadların tam aradan qaldırılması və genişmiqyaslı təmizlik işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iyulun 31-də şəhərin bütün rayonlarında geniş daxili iməclik keçirilməsi qərara alınıb. Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq …

Read More »

Bakı metrosunda problem yaranıb, sərnişinlər tuneldə qalıb

“Bakı Metropoliteni” QSC-də qatarların hərəkətində problem yaranıb. Boyukmillet.com xəbər verir ki, “Həzi Aslanov” – “Dərnəgül” xəttində – “28 may” və “Nizami” stansiyaları arasındakı tunellərdə qatarlar qalıb. Buna səbəb həmin xətdə gərginliyin itməsidir. Son nəticədə “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında da qatarların hərəkəti çətinləşib və bir qatar tuneldə qalıb. Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov …

Read More »

ABŞ-da güclü qasırğa binaları dağıdıb, bir neçə nəfər xəsarət alıb

Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb, beş nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Bucks County Courier Times” qəzeti yazıb. Bildirilir ki, təbii hadisə Filadelfiyanın şimal-şərqindəki Bensalem şəhərində avtomobillərə xidmət servisinin və “Faulkner Auto Group” şirkətinin avtosalonunun binasının dağılmasına gətirib çıxarıb. “Bu dağıdıcı qasırğa idi. Kinoda olduğu kimi idi. Sanki bomba partladı”, – yerli İctimai Təhlükəsizlik …

Read More »