Cümə axşamı , 9 Aprel 2026

autor

Ermənistan NATO-nun təlimlərinə qatılmayacaq

Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2021” (“Çevik ruh 2021”) adlı təlimlərində iştirak etməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən “Sputnik Armeniya”ya bildiriblər. Məlumata görə, sayca 10-cu çoxmillətli təlim iyulun 26-dan avqustun 6-dək keçiriləcək. Tədbirdə ABŞ, Gürcüstan, Türkiyə, Azərbaycanla yanaşı NATO-ya üzv 13 ölkə də iştirak edəcək. Qeyd edək ki, Ermənistan hərbçiləri ötən illərdə belə təlimlərdə dəfələrlə …

Read More »

“Zəngəzur dəhlizi”nin açılması Ermənistana hava-su kimi lazımdır” – RƏY

“Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş olduqca məhsuldar keçdi. Görüşdə ikitərəfli münasibətlərin, regional məsələlərin geniş aspektdə fikir mübadiləsi aparıldı”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, görüşdə iki ölkənin iqtisadi əlaqələrinin bu günü və perspektivləri, pandemiya ilə mübarizə və əməkdaşlıq məsələləri …

Read More »

“Zəngəzur dəhlizi” məsələsində Rusiya ilə mövqeyimiz üst-üstə düşür” – RƏY

“Üçtərəfli sazişdən irəli gələn məram ondan ibarətdir ki, “Zəngəzur dəhlizi” mütləq şəkildə işə düşməlidir. Azərbaycan bu məsələdə üzərinə düşən bütün öhdəlikləri yerinə etirir. Mən özüm də o bölgədə olmuşam, tikinti işləri gedir. Prezident İlham Əliyevin kommunikasiya xətləri ilə bağlı yanaşması ondan ibarətdir ki, onlar birmənalı olaraq işlək vəziyyətdə olmalıdırlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib. …

Read More »

“Ukrayna-Azərbaycan beynəlxalq media platforması” adlı dəyirmi masa keçiriləcək

İyulun 22-də Kiyevdə “Beynəlxalq Ukrayna – Azərbaycan media platforması” adlı beynəlxalq dəyirmi masa keçiriləcək. Siyasi səviyyədə Ukrayna və Azərbaycan bir-birlərini strateji tərəfdaş kimi müəyyənləşdiriblər. Bunu Ukrayna prezidentinin “Ukraynanın milli təhlükəsizlik strategiyası haqqında” 14 sentyabr 2020-ci il tarixli fərmanı da təsdiqləyir. Ən yüksək səviyyədə (siyasi və iqtisadi) keçirilən bir sıra tədbirlər də bunu təsdiqləyir. Ənənəvi olaraq, dövlətlərimiz iqtisadi sahədə enerji layihələrinin …

Read More »

Xocavənddə yeni hərbi hissələrin açılışı olub – VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Boyukmillet.com xəbər verir ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocavənd rayonu ərazisində müasir avadanlıqla …

Read More »

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,01 ABŞ dolları, yaxud 0,01 % azalıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,32 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More »

Ağdama qanunsuz daxil olmaq istəyən şəxslər həbs edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyulun 20-i saat 16 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş …

Read More »

Fərid Mansurov: “Təşkilatçıların olimpiadanı yoluxmaya görə ləğv etmək hüququ var”

“Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi Təşkilat Komitəsinin verə biləcəyi qərardır”. Boyukmillet.com xəbər verir ki, bunu Tokio-2020-də Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov deyib. O bildirib ki, koronavirusa yoluxma artacağı təqdirdə Təşkilat Komitəsinin belə qərar vermək hüququ var: “Hələ ki, oyunların təxirə salınması ilə bağlı rəsmi olaraq bizə heç nə deyilməyib. Olimpiya kəndində həyat gündəlik normasında davam edir. Azərbaycanın olimpiya komandasının …

Read More »

Azərbaycanlı veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Müzəffər Qasımov dünyasını dəyişib. Boyukmillet.com-un məlumatına görə, o, 80 yaşında Gəncədə vəfat edib. Qasımov bu gün dəfn olunacaq. Qeyd edək ki, Müzəffər Qasımov “Kəpəz”in Müşahidə Şurasının üzvü idi. Keçmiş oyunçunun karyerası əsasən Gəncənin “Dinamo” klubu ilə bağlı olub. O, bölgə təmsilçisində baş məşqçi kimi də fəaliyyət göstərib.

Read More »

Olimpiada tarixində ilk dəfə idmançılar irqçiliyə görə diz çökdü

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınların futbol yarışına start verilib. Boyukmillet.com xəbər verir ki, ilk olaraq E qrupunda Çili və Böyük Britaniya komandaları meydana çıxıb. Hər iki yığmanın oyunçuları qarşılaşma başlamazdan əvvəl irqçiliyə qarşı diz çöküb. Onlar Olimpiya tarixində Oyunlar zamanı diz çökən ilk idmançı kimi tarixə düşüb. Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun …

Read More »