Azərbaycanın əməkdar müəllimi vəfat edib. Boyukmillet.com xəbər verir ki, Tədbir Mahmudov bu gün 83 yaşında dünyasını dəyişib. Tədbir Mahmudov uzun müddət Neftçala rayon Təhsil Şöbəsinin müdiri çalışıb. Həmçinin o, Azərbaycanda ilk təhsil muzeyini yaradıb. Qeyd edək ki, T. Mahmudov 1937-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub.
Read More »Almaniyada sel fəlakəti: 1,3 min nəfər itkin düşüb, 58 sakin ölüb
Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə yüksəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə “FOCUS Online” öz hesablamalarına istinad məlumat yayıb. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölənlərin ailə üzvlərinə başsağlığı verib. Almaniyanın qərbindəki Arvayler bölgəsinin səlahiyyətliləri bildirib ki, hal-hazırda təxminən 1,3 min nəfər itkin düşüb . Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb …
Read More »Azərbaycan Özbəkistana 50 min doza peyvənd göndərib
Azərbaycan Respublikası Özbəkistan Respublikasına 50 min doza yeni növ koronavirus infeksiyasına qarşı peyvənd göndərib. Boyukmillet.com xəbər verir ki, bu barədə YUNİSEF-ın Özbəkistan nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, peyvəndlər Azərbaycanın Özbəkistandakı səfirliyinin vasitəçiliyilə Daşkəndə çatdırılıb. Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Azərbaycan Qırğızıstana da humanitar yardım çərçivəsində 40 min doza “AstraZeneca” peyvəndi göndərəcək.
Read More »Samir Adıgözəlli : “Bu onu göstərir ki, Azərbaycan dövləti, Prezidenti Ermənistanın içindən çox dərindən məlumatlıdır. “
“Ermənistan dövləti, nəinki müharibədə həlak olanların ailəsinə yaşamaq üçün bir daxma vermir, heç bu kateqoriyadan olanları yaxına buraxmır, onlarla maraqlanmır” “Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir”. Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri …
Read More »Ərdoğandan 15 İyul mesajı: “FETÖ-nün son fərdi zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Adminstrasiyasında 15 İyul – Demokratiya və Milli Birlik Günü Anma Proqramında çıxış edib. Boyukmillet.com xəbər verir ki, Ərdoğan çıxışında 15 iyul gecəsi FETÖ xainlərinin güllələri və bombaları altında son nəfəsini verən 251 şəhidiə Allahdan rəhmət diləyib. “Min ildir Anadolunu əbədi vətənimiz etmək üçün bu torpaqları qanları ilə suvaran qəhrəmanlar silsiləsinə qatılan 15 İyul şəhidlərinə …
Read More »“FETÖ və bu çevrilişə cəhdi həyata keçirən tərəfdarlarını lənətləyirik” – Hüseyn Altınalan
“15 İyul Türk millətinin iradəsini zəncirləməyə çalışanlar tərəfindən xaricdən dəstəklənən xain çevriliş cəhdi idi”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib. H.Altınalan vurğulayıb ki, bu xain çevriliş cəhdinin 5-ci ildönümündə şəhidlərimizi rəhmətlə anır, qazilərimizə minnətdarlığımızı bildirir, FETÖ-yə və bu çevrilişə cəhdi həyata keçirən tərəfdarlarına isə lənət edirik.
Read More »30 il ermənilərin nəzarətində olan torpaqlarda ilk dəfə əkin işləri aparılıb
Tərtərin Qarağacı və Qapanlı kəndlərinin əkin sahələri erməni terrorçularının nəzarəti altında olduğu üçün yerli əhalinin kənd təsərrüfatı ilə məşğul olmarını məhdudlaşdırmışdı. Boyukmillet.com xəbər verir ki, erməni silahlı terrorçuları Ağdamın işğal etdiyi ərazilərindəki yüksəkliklərdən Tərtərin sözügedən kəndlərinin əkin sahələrini 30 ilə yaxın öz nəzarətləri altında saxlayıblar. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıq olan hər iki kəndin sakinlərinin tək gəlir mənbəyi də bu …
Read More »Şevçenko: “Ermənistan tərəfi qəsdən Azərbaycanı təxribata çəkir”
“Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət təkcə Azərbaycanın Ermənistan tərəfindən təxribata çəkilməsi deyil, həm də Azərbaycan, Rusiya və Türkiyə dövlət başçıları tərəfindən yaradılmış və Ermənistanın baş naziri tərəfindən təsdiq edilmiş platformanın pozulması deməkdir”. Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib. Onun fikrincə, Ermənistanın daxilində olan və bilərəkdən bu təxribatları təşkil edən qüvvələr sülh razılaşmasının qarantı olan …
Read More »Türkiyəli şərhçi: “Ermənistan rəhbərliyi yeni reallıqla barışmalıdır”
“Azərbaycanın doğma torpaqlarını işğaldan azad etməsi ilə regionu münaqişə zonası kimi saxlayaraq balans yaratmağa çalışan siyasi dairələrin qarşısı alındı. Konkret olaraq, ABŞ və Fransanın tətbiq etdiyi ikili standartlar, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə xələl gətirməyə hesablanmışdı” Onun sözlərinə görə, Azərbaycan ikili standartlara baxmayaraq, misilsiz qələbə qazandı: “Bu qələbədən sonra Ermənistanın Azərbaycanı təhrik etmək məqsədi güdən əməlləri birmənalı olaraq təxribat xarakteri daşıyan …
Read More »Türkiyəli analitik: “Ermənistan Qərbi Azərbaycan torpaqlarında işğalçılıq siyasəti yürüdür”
“Ermənistan son 200 ildir “Böyük Ermənistan” xəyalı ilə özünü ovundurur. O zamanlar da istər Osmanlı dövlətində, istərsə də İranda indi olduğu kimi Ermənistanı təhrik edən dairələr mövcud idi. Nəticə etibarilə Rusiya Çarlığının dəstəyilə Osmanlıdan və İrandan köçürülən ermənilərin hesabına bugünkü Ermənistan təşkil olundu”. Bunu “Report”a açıqlamasında “İpək Yolu Strateji Araşdırmalar Mərkəzi”nin İdarə Heyətinin sədri, siyasi analitik Seyfullah Türkoy bildirib. O vurğulayıb …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar