“Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub. Boyukmillet.com xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 51,7% çoxdur. Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manata çatıb. Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 21,623 milyon manat (əvvəlki ilə nisbətən 68,6% az), dövlət büdcəsindən aldığı dotasiya 67,679 milyon manat (37% çox), sair əməliyyat gəlirləri 3,534 …
Read More »Türkiyə və Türkmənistan prezidentləri arasında telefon danışığı olub
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Liderlər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi və regional məsələləri müzakirə ediblər. Ərdoğan Türkmənistan prezidentini doğum günü münasibətilə də təbrik edib.
Read More »ANAMA-dan mina təhlükəsi ilə bağlı çağırış
“Müharibə bitsə də, yerin altına basdırılan gizli düşmənlər – minalar hələ də can almaqda davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi tədbirdə çıxış edərkən deyib. Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qurumları “2025-ci ildə minasız dünya” arzusu ilə vahid platforma …
Read More »Gələn ay metro və avtobuslar həftəsonları işləməyəcək – QƏRAR
Nazirlər Kabineti xüsusui karantin rejimində ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı qərar qəbul edib. Bu barədə “Report”a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat …
Read More »Üç güləşçimiz Avropa çempionatında finala yüksəldi
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir. Boyukmillet.com xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. 61 kq-da yarışan Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan güləşçi adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən Heybətov finala vəsiqə qazanıb. …
Read More »Ağcabədi şəhərinin Baş planı təsdiq edilib
Ağcabədi şəhərinin Baş planı təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Baş plan şəhərin 2035-ci ilə qədərki dövrdə inkişafını əhatə edir.
Read More »Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektlərinin siyahısı təsdiqlənib
Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektlərinin siyahısı təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Read More »Azərbaycan və Türkiyə arasında vahid keçid sertifikatı kvotası artırılıb
Azərbaycan və Türkiyə arasında ikitərəfli və tranzit nəqliyyat üçün vahid keçid sertifikatı kvotası 31% artırılaraq 35 mindən 46 minə çatdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, iyunun 24-25-də İstanbulda iki ölkənin Quru Nəqliyyatı üzrə Birgə Komissiyasının görüşü keçirilib. Görüşdə Türkiyəni Nəqliyyat və İnfrastruktur Nazirliyinin nəqliyyat xidmətlərinin tənzimlənməsi üzrə baş meneceri …
Read More »Azərbaycanın qırıcı təyyarələri şərti düşmənə zərbələr endirib – VİDEO
Müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər.
Read More »Azərbaycan və Rusiyanın turizm şirkətləri onlayn görüşlər keçirib
Bu gün Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Rusiya turizm şirkətləri ilə təşkil olunmuş onlayn görüşlərdə iki ölkənin turizm şirkətləri arasında tərəfdaşlığın təşviqi müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, B2B (Biznesdən biznesə) formatında təşkil olunmuş görüşlərdə Rusiyanın Moskva, Sankt-Petersburq, Yekaterinburq və Kazan şəhərlərindən olan turizm şirkətləri ilə ümumilikdə 100-ə yaxın onlayn görüş keçirilib.Görüşlərdə pandemiya dövründə Azərbaycana …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar