Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunmuş şəhid gizir Sadıqlı İbrahim Şahin oğlunun ad günündə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, şəhidin ailə üzvləri, dostları, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək onun məzarını ziyarət edib, önünə çələng və qərənfillər düzüblər. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, din xadimi şəhidlərin ruhuna dualar oxuyub, nə qədər …
Read More »Naxçıvanda toylarla bağlı yayılan məlumat yalan və gəvəzəlikdir – Rəsmi
Boyukmillet.com xəbər verir ki, internet resurslarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə həqiqətə uyğun olmayan məlumat yayılmışdır. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi bildirir ki, bu məlumat əsassızdır və gəvəzəlikdir. Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan …
Read More »Bakıda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb
Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının …
Read More »Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin əhəmiyyətindən danışıb
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir öz Tvitter səhifəsində paylaşım edib: “Ölkəmizdə peşəkar kadrların üzə çıxarılması, innovativ idarəçiliyin və intellektual resursların dəstəklənməsi kimi mühüm məqsədlərə xidmət edən “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir, iştirakçıların idarəçilik potensialı qiymətləndirilir. İnanıram ki, layihə çərçivəsində əldə edilən nəticələr ölkəmizdə yüksək rəqabətli insan kapitalının formalaşmasına, kadr …
Read More »Bakıda daha iki marşrutda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
Sabahdan 208 və 209 nömrəli marşrut xətti (Bakıxanov d/st. – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən bildirilib. “Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb”, – məlumatda qeyd edilib.
Read More »Zərdabda narkotik tərkibli bitkilər aşkar edilib
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbir zamanı rayonun Alıcanlı kəndi ərazisində çəkisi 1,4 tondan artıq olan 1275 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Read More »Binədə sex yanır
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Read More »Sahibə Qafarova Macarıstana rəsmi səfərə gedib
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 28-dən iyulun 1-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində rəsmi səfərdə olacaq. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Kamilə Əliyeva, Elman Nəsirov, Asim Mollazadə, parlament Aparatının …
Read More »Əli Əsədov Türkiyənin vitse-prezidentinə məktub göndərib
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya “Kanal İstanbul” marşrutu üzərində inşa ediləcək ilk körpünün təməlinin qoyulması münasibətilə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda layihənin uğurlu icrasının Türkiyənin iqtisadiyyatının daha da inkişaf etməsinə böyük töhfə verəcəyinə əminlik ifadə edilib.
Read More »Daxili işlər orqanlarında yeni təyinat olub
Daxili İşlər Nazirliyində kadr təyinatı olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub. İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar