Bu gün deputat Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti, 180/20 saylı binanın həyətində açıq havada seçiciləri ilə karantin rejiminin tələblərinə riayət etməklə görüş keçirib.Görüşdə iştirak edən seçicilər sahibkarlıq fəaliyyətində yaranan problemlər, abadlıq-quruculuq işləri, kommunal və məşğulluq məsələləri ilə bağlı deputata müraciətlərini çatdırıblar.Seçicilərin qaldırdıqları məsələləri görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri , o cümlədən rayon bələdiyyəsinin rəhbəri …
Read More »Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib – FOTO
Boyukmillet.com xəbər verir ki, iyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılışı münasibəti ilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib. Ali Məclisin Sədri kursantları salamlayıb. Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini ifa ediblər. Naxçıvan Muxtar Respublikası …
Read More »Ukraynalı politoloq: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində tarixi məqamdır
Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində tarixi məqamdır. Bu sənəd tərəfdaşlığın müstəsna səviyyədə olmasını bir daha təsdiq edir və tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün yol xəritəsini müəyyən edir. Sənəddə iqtisadi sahədə əməkdaşlıqdan başlamış hərbi sferada müttəfiqlik öhdəliklərinə qədər çox geniş məsələlərdən söhbət gedir. Belə mövzu əhatəliliyi Ankara ilə Bakı arasında dostluq münasibətlərinin dərinliyini və dəyişməzliyini bir daha vurğulayır. Ukrayna Milli …
Read More »Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkı yaradılır – FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalayıb, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulub. Boyukmillet.com xəbər verir ki, iyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Dövlət Universitetinin rektoru …
Read More »Cəbi Quliyev: Şuşa Bəyannaməsi təkcə iki ölkənin deyil, ümumilikdə regionun inkişafı baxımdan önəmlidir
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi tarixi sənəddir və bu bəyannamənin Şuşada imzalanması bir sıra məqamlara aydınlqı gətirmiş oldu.” Bunu “İki sahil”ə Milli Məclisin deputatı Cəbi Quliyev Şuşa Bəyannaməsi ilə bağlı fikrilərini bölüşərkən deyib. Onun sözlərinə görə, əsas qayəsini Qars müqaviləsindən götürən və BMT-nin Nizamnaməsinə uyğun hazırlanan bu Bəyannamə siyasi, iqtisadi, təhlükəsizlik və geosiyasi münasibətlərin inkişafı baxımdan …
Read More »Rəcəb Tayyib Ərdoğan: Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizi bölgəmizə rahatlıq və zənginlik gətirəcək
Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifi mümkün deyil. Bölgəmizdə və bütün dünyada zalımın zülmünün əbədi olmadığı, bir gün mütləq haqqın, ədalətin bərqərar olacağı hər kəsə məlumdur. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışında səsləndirib. Türkiyə Prezidenti deyib: “Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının …
Read More »Şərurda yük avtomobili qəzaya düşüb, 3 nəfər ölüb
Şərur rayonunda yol qəzası olub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 15-də saat 19 radələrində rayonun Aşağı Yaycı kəndi ərazisində Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü və 2 sərnişini orada ölüb. Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Read More »Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,34ABŞ dolları, yaxud 1,78 % artıb. Boyukmillet.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 76,52 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Read More »Prezident hərbi xidmətə növbəti çağırışla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində …
Read More »Yevlaxda qonşusunu öldürən şəxsin məhkəməsi başlayır
Yevlax rayonunda qətl törədən şəxsin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Bu barədə “Report”a Yevlax Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, 2020-ci il fevralın 21-də rayonun Qaraoğlan kənd sakini Xəyal Səfərovun üzərində odlu silah yarası xəsarəti olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Qorxmaz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar