“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Şüşə” MMC-nin nizamnamə kapitalı 750 170 manat və yaxud 2,2% artırılıb. Boyukmillet.com xəbər verir ki, şirkətin kapitalı 34 677 494 manatdan 35 427 664 manata çatdırılıb. Xatırladaq ki, “ASK Şüşə” Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və kredit əvəzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılıb.
Read More »“Azərxalça”da yeni təyinat olub
““Azərxalça” ASC-də baş mühafiz vəzifəsinə təyinat olub. Boyukmillet/com xəbər verir ki, bu vəzifəyə Əməkdar Mədəniyyət işçisi Nailə Rəhimova gətirilib. O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakultəsini bitirib, 1977-ci ildə Nəriman Nərimanovun xatirə muzeyində elmi işçi vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb, 1981 –ci ildən həmin muzeydə baş mühafiz vəzifəsində çalışıb. 1994-2020 illərdə Azərbaycan Milli İncəsənət muzeyində baş mühafiz vəzifəsini …
Read More »Zərərçəkmiş: “Ermənilər məcbur elədilər ki, telekanalda mənfi heç nə danışmayaq”
“1994-cü ildə Füzuli döyüşlərində yaralandım Boyukmillet.com “Reporta” istinadən xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Zahid Həsənov deyib. “Yaralı olan zaman ermənilər tərəfindən mühasirəyə düşərək əsir götürüldüm. Başımdan, çiynimdən, onurğamdan ağır güllə yarası …
Read More »Şuşa Bəyannaməsinin TAM MƏTNİ
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin tam mətnini təqdim edir: Azərbaycan Respublikası və Türkiyə Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq, İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 …
Read More »Azərbaycan və Türkiyə arasında media əlaqələri genişləndirilir
Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin əlaqələri genişləndiriləcək. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində yer alıb. Qeyd olunub ki, Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndirilməli, Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə TDƏŞ və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan …
Read More »Türkiyə Prezidenti: “Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq”
“Qardaşım İlham Əliyevin liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən ayağa qaldıracaq işləri yaxından izləyirik. Şuşaya gələn zaman işlərin aparıldığını gördük, gördünüz”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib. “Bir tərəfdən yollar çəkilir, elektrik stansiyaları inşa edilir. Bütün bunlarla bərabər isə susuz olan bu bölgə suya qovuşur. Bütün …
Read More »Azərbaycan və Türkiyə tərəfindən 1915-ci il hadisələri ilə bağlı araşdırmalar aparılacaq
Azərbaycan və türk diasporları arasında əməkdaşlıq daha da inkişaf etdiriləcək Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir. Boyukmillet.com xəbər …
Read More »Ərdoğan: Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajlar çox önəmlidir
“Azərbaycan xalqını Qarabağ Zəfəri münasibətilə bir daha təbrik edirəm”. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirib. “Tarixdə bir çox incəsənət xadimi yetişdirmiş Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan bölgəmizə və dünyaya verəcəyimiz mesajların çox önəmli olduğuna inanıram” – Rəcəb Tayyib Ərdoğan deyib.
Read More »Türkiyə Prezidenti: “Şuşada konsulluq açacağıq”
“Türkiyə olaraq ən qısa zamanda Şuşada Baş Konsulluq açmağı planlaşdırırıq”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib. “Beləcə, bölgədə gerçəkləşdirəcəyimiz fəaliyyətimizin daha sürətli və səmərəli olmasını təmin edəcəyik”, – Türkiyə Prezidenti vurğulayıb.
Read More »Ərdoğan: Müdafiə sənayesi sahəsində əlaqələrimiz daha fərqli inkişaf edəcək
Pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə səylərimizi qətiyyətlə davam etdiririk. Bütün bunlardan başqa, müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib. İkinci Qarabağ müharibəsində pilotsuz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar