Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Şirvan şəhər icra hakimiyyətinin başçısına yeni müavin təyin olunub

Şirvan Şəhər İcra Şakimiyyətində (İH) yeni təyinat olub. “Report”un Aran bürosunun məlumatına görə, Şirvan şəhər icra başçısı İlqar Abbasovun müvafiq əmrinə əsasən Fərzəliyeva Aynur İmamverdi qızı şəhər İcra Hakimiyəti başçısının müavini – İH-in ictima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Buna qədər bu vəzifədə Ağayeva Elmira Soltanəli qızı çalışıb. O, 2020-ci il dekabrın 11-də 62 yaşında vəfat edib. …

Read More »

Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı

Cəbrayıl rayonunda bu gün aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha iki hərbçisinin meyiti aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq. Onlar müharibə zamanı itkin düşmüş hesab edilirdi. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 …

Read More »

Ombudsman: Ermənistanın minalarla bağlı etirafı müharibə cinayətlərini sübut edir

Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi media əməkaşı olmaqla, üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən ən son mina partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığı etiraf edilib. Onun bu etirafları …

Read More »

Vatsapda yeni funksiya yaradılacaq

“Android” əməliyyat sistemində çalışan mobil telefonların istifadəçiləri vatsapda öz hesablarına “fləş zəng”in köməyi ilə daxil olmaq imkanı qazanacaqlar. Boyukmillet.com xəbər verir ki, bu barədə “Webetainfo” portalı bildirib. Hazırda messencerdə hesaba giriş üçün SMS parollardan istifadə olunur – smartfona birdəfəlik kod gəlir. Telefonda yeni funksiyanın yaradılmasından sonra vatsapda yeni zəng yaradılacaq, həm də ona cavab vermək lazım olmayacaq – yeni əlavə bunu sərbəst …

Read More »

Bu gündən Bakıda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılır

Bu gün səhər saat 06:00-dan Bakıda şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılacaq. Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Qeyd edilib ki, 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205 və M3 nömrəli marşrut xətlərinin hərəkət sxeminə tətbiq edilən müvəqqəti dəyişiklik də …

Read More »

Çox xahiş edirəm ki, medianın 2 şəhid jurnalistinə ev verilsin

Yazıçı jurnalist Azər Qismət şəhid olan jurnalistlərə ev verilməsi haqda öz facebook səhifəsində paylaşım edim. Boyukmillet.com həmin paylaşımı olduğu kimi təqdim edir: Çox xahiş edirəm ki, medianın 2 şəhid jurnalistinə ev verilsin. Sirac Abuşov “Nasosnu” adlanan qəsəbədən uzaq, “Kosmonavt” dediyimiz hərbi şəhərcikdə pis vəziyyətdə olan mənzildə qalırdı. 4 yaşında Qubadlıdan çıxandan sonra ailəlikcə həmin hərbi şəhərcikdə sığınmışdılar. İşə də hər …

Read More »

Akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilir

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda dəfn edilir. Boyukmillet.com xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və ictimai-siyasi xadimlər iştirak edirlər. Qeyd edək ki, R.Məmmədov bu gün səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

Read More »

Ermənistan zabiti Laçın və Kəlbəcərdə çoxlu sayda mina basdırdıqlarını etiraf edib

Ermənistan ordusunun zabiti, polkovnik Koryun Qumaşyan Laçın və Kəlbəcər rayonları ərazisində çoxlu sayda mina basdırdıqlarını etiraf edib. Boyukmillet.com xəbər verir ki, onun məsələ ilə bağlı müsahibəsinin bir hissəsi tvitterdə yayılıb. “Mən və birləşməm Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina basdırmışıq, siz həmin minalara görə həmin ərazidə heç bir şey edə bilməzsiniz. Əsirlərimizi bizə qaytarın, onda mən də mina xəritəsini təqdim …

Read More »

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Read More »

Çavuşoğludan Fransa qəzetinə Şimali Kiprlə bağlı AÇIQLAMALAR

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “L’Opinion” qəzetində Kiprlə bağlı açıqlamalar verib.  Boyukmillet.com xəbər verir ki, Şərqi Aralıq dənizində Yunanıstanla mübahisələrin müxtəlif mexanizmlər çərçivəsində sakit bir dialoqla həll olunduğunu bildirən Çavuşoğlu Türkiyənin heç vaxt genişlənmə hədəfləri olmadığını və Yunanıstanla dialoqun bunun təsdiqi olduğunu bildirib.  Çavuşoğlu Kipr məsələsi kontekstində Türkiyənin danışıqların hədəfləri barədə razılığa gələrək Kiprli Türklər və yunanların səylərini dəstəkləyəcəyini …

Read More »