Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İkinci Qarabağ müharibəsində məhv edilən erməni hərbçilərinin cəsədləri gizlədilir

İkinci Qarabağ müharibəsində məhv edilmiş erməni hərbçilərin meyitlərinin Ermənistanın Abovyan şəhərindəki vərəm xəstəxanasının zirzəmisində gizlədildiyi məlum olub. Boyukmillet.com xəbər verir ki, sosial mediada həmin xəstəxanadan videogörüntülər yayılıb. Belə ki, videogörüntülərdə erməni hərbçilərin meytilərinin polietilen paketlərə bükülərək soyuducu kameralarda deyil, xəstəxananın çirkli zirzəmisində saxlanıldığını görmək olar. Sosial mediada yayılan məlumatlara görə, zirzəmidə 186 əsgərin meyiti saxlanılır.

Read More »

Bakı Gənclər Mərkəzi “Uşaqlar günü”nə həsr olunmuş konsert təşkil etdi – Foto

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Bakı Gənclər Mərkəzi tərəfindən Sabunçu rayon Heydər Əliyev adına istirahət parkında bayram konserti təşkil olunub. Konserti giriş sözü ilə açan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva uşaqları təbrik edərək, onların Azərbaycanın gələcək inkişafındakı rolunu xüsusilə vurğulayıb. Konsertdə Həyat Rəqs Ansamblının üzvləri öz maraqlı rəqs nömrələri ilə çıxışlar edərək, bayrama daha da rəng qatdılar. …

Read More »

Bakı-Sumqayıt qatarında bank kartları ilə ödənişin tətbiqinə başlanılır

“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Visa” beynəlxalq kart təşkilatı ilə birlikdə Abşeron Dairəvi Dəmir Yolu Xəttində bank kartları ilə ödənişin tətbiqinə başlayır. Boyukmillet.com  xəbər verir ki, Bakı-Sumqayıt qatarının sərnişinlər xəttin 14 stansiyasında təmassız ödəniş imkanından istifadə edə biləcəklər. Stansiyaların hamısında hər iki istiqamətdə təmassız ödəniş üçün oxuyucu cihazlarla təchiz edilmiş turniketlər quraşdırılıb. Bu …

Read More »

Nazirlik nəticəsi pozitiv çıxan, amma qeydiyyata düşə bilməyənlərlə bağlı məsələyə aydınlıq gətirdi

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyə Klinikası, Klinik Diaqnostik Laboratoriyasının müdiri Yavər Hacısoy COVID-19 virusunun müayinəsi ilə bağlı müsahibə verib. Boyukmillet.com  müsahibəni təqdim edir: – COVID-19 virusunun müayinəsində hansı üsullardan istifadə olunur? – COVID-19 virus xəstəliyi olduğu üçün digər virusların təyinatında olduğu kimi, eyni üsullardan istifadə edilir. Virusalogiya daha çox mikrobioloji müayinə metodu olduğu üçün …

Read More »

Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq

Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib. Boyukmillet.com  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə …

Read More »

Millimiz bu gün Belarusla qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək. Boyukmillet.com-un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığmasının qonağı olacaq. “Dimamo” Milli Olimpiya Stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Bu, iki komanda arasında dördüncü oyun kimi tarixə düşəcək. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal …

Read More »

Türkiyədə PKK ilə atışma zamanı 1 nəfər həlak olub, 5 nəfər yaralanıb

Türkiyənin Bitlis əyalətində PKK-ya qarşı əməliyyat zamanı təhlükəsizlik xidmətinin 1 əməkdaşı həlak olub. Bu barədə “Boyukmillet.com” Türkiyə mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, hadisə Tatvan rayonu ətrafında qeydə alınıb. Əməliyyat zamanı baş verən atışmada daha 5 jandarm əməkdaşı yaralanıb. Yaralılar Tatvan Dövlət Xəstəxanasına çatdırılıb. Hazırda bölgədən qaçan terrorçuların zərərsizləşdirilməsi üçün havadan dəstək verilməklə əməliyyat aparılır.

Read More »

Şəki sakinindən narkotik vasitə götürülüb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş P.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 6 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə P.Məmmədovun yaşadığı evin yaxınlığında dağlıq ərazidə gizlətdiyi 445 qram narkotik vasitə-qurudulmuş marixuana …

Read More »

At ətini mal əti adı altında satmaq istəyən şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayonun Gədəzeyxur kənd sakini Rudik Haqverdiyev Qusar şəhər sakini Rəhman Ərzimanova çəkisi 50 kiloqrama yaxın mənşəyi məlum olmayan, lakin at əti olmasına dair şübhələr …

Read More »