Bazar ertəsi , 6 Aprel 2026

autor

Elnur Soltanov: “İqlim dəyişikliyinin su ilə gətirdiyi təhlükələrdə ən çox zərər görənlər qadınlardır”

İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitə sudur. Boyukmillet.com xəbər verir ki, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov “Su və gender bərabərliyi” mövzusunda Bakıda keçirilən konfransda deyib. Onun sözlərinə görə, okean səviyyəsinin artması, Xəzər və Urmiya göllərinin səviyyəsinin azalması, şirin su resurslarının azalması, quraqlıq, sel, tufan …

Read More »

Gürcüstanın Baş naziri: Heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz

Heç bir təxribat seçkilərin nəticələrinə təsir edə bilməz. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə planlaşdırılan təxribatlarla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin bəyanatını şərh edərkən deyib. “Söhbət ölkəmizə xeyir arzulamayan siyasi qüvvələrdən gedir. Bu qüvvələr həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərir – “radikal müxalifət” və onların xarici himayədarları. Düşünürəm ki, belə hərəkətlər seçkilərin nəticələrinə heç bir təsir …

Read More »

FHN-in İdman-sağlamlıq Mərkəzinə media-tur təşkil olunub

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq Mərkəzin mətbuat nümayəndələri üçün media-tur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, klubun rəisi polkovnik Füzuli Musayev idman-sağlamlıq mərkəzinin 14 min kvadratmetr ərazini əhatə etdiyini, kompleksdə 1950 tamaşaçı yerlik universal zalın olduğunu bildirib. Daha sonra voleybol, taekvondo, cüdo, güləş, trenajor, üzgüçülük və kikboksinq zallarına baxış keçirilib. Kompleksdə 700 yerlik açıq havada futbol stadionu, 5 …

Read More »

Rizvan Nəbiyev Cenevredə Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışıb

Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, təşkilat sədrinin təmsilçisi Rizvan Nəbiyev Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının Koordinasiya iclasına sədrlik edib. Boyukmillet.com xəbər verir ki, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə bağlı məsələyə dair narahatlığını ifadə edən nümayəndə heyətinin rəhbəri regionda mövcud olan problemlərin sülh və danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb. Çıxış zamanı Rizvan …

Read More »

Komitə sədri: Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur

Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib. O qeyd edib ki, mina qurbanlarının üçdə biri uşaqlardır: “Humanitar minatəmizləmə əməliyyatları müharibə başa çatdıqdan sonra həyata keçirilir. Azərbaycan dünyada minalarla çirklənən ölkələr sırasında ilk sıradadır. Ölkənin ümumi ərazisinin …

Read More »

Bu il 48 xarici ölkə vətəndaşı narkotiklərlə bağlı saxlanılıb

Bu il 9 ayı ərzində 48 xarici ölkə vətəndaşı narkotiklərlə bağlı məsuliyyətə cəlb edilib. Bu barədə “Report”a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, onlardan ümumilikdə 111 kq 047,894 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Read More »

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, 3.1 bal gücündə olan zəlzələ bu gün yerli vaxtla 08:47-də qeydə alınıb.

Read More »

İranda neftayırma zavodunda yanğın olub, ölən və yaralananlar var

İranın Xuzistan əyalətində Şuşter rayonundakı neftayırma zavodunda baş verən yanğın nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb. Bildirilib ki, hadisə yerinə xilasedici və yanğınsöndürənlər cəlb edilib. Məlumata görə, yanğın lokallaşdırılıb.

Read More »

TƏBİB “Həmişə ayaq üstə” layihəsi keçirəcək

“TƏBİB-in İxtisas gündəliyi” proqramı çərçivəsində beynəlxalq sümük-əzələ sistemi xəstəlikləri günləri ilə əlaqədar “Həmişə ayaq üstə” layihəsi baş tutacaq. TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən layihə çərçivəsində 22-23 oktyabrda Göyçay Rayon Mərkəzi Xəstəxanasında sümük-oynaq, sinir ağrılarından əziyyət çəkən vətəndaşlara, həmçinin epilepsiya, psixi-fiziki inkişaf ləngiməsi, serebral iflic, febril qıcolma, pleksopatiyadan əziyyət çəkən uşaqlara Bakı şəhərində yerləşən …

Read More »

Gürcüstan 2025-ci ildə ordunun sayını artırmayacaq

Gürcüstan 2025-ci ildə ordunun sayını artırmayacaq. Boyukmillet.com xəbər verir ki, parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsi hökumətə gələn il Müdafiə Qüvvələrinin sayının 37 min nəfəri keçməməsi barədə qanun layihəsini təsdiq edilmək üçün göndərəcək. Bu məhdudiyyət hərbi vəziyyətə, ehtiyatda olanlara və Müdafiə Nazirliyinin müvəqqəti ştatlı əməkdaşlarına aid deyil.

Read More »