Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 25-də Ağcabədi rayonunda vətəndaşları qəbul edib. Boyukmillet.com xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub. Qəbul zamanı Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Laçın …
Read More »Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcərdə keçirilib
Azərbaycan Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Kəlbəcər şəhərində keçirilib. Boyukmillet.com xəbər verir ki, Qərargahın rəhbəri sentyabr ayında Azərbaycan tarixində xüsusi əhəmiyyətli bir sıra hadisələrin baş verdiyini vurğulayaraq, bir il əvvəl sentyabrın 19-20-də Qarabağda həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin dövlət suverenliyinin tam …
Read More »Azərbaycan XİN başçısı TDT-yə sədrlikdə Qırğızıstana uğur arzulayıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazir iclasda çıxış edib. O, üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, səhiyyə, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığın inkişafından, habelə təşkilatın əsas …
Read More »Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Putin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşündə bildirib. “Türkiyə Respublikasının Prezidenti Ərdoğana ən xoş arzularımı çatdırın. Onu Kazanda gözləyəcəyəm. Məncə, oktyabrın 23-də onunla ikitərəfli görüşümüz olmalıdır”, – Putin deyib.
Read More »Azərbaycan Konqo ilə idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Azərbaycan ilə Konqo Demokratik Respublikası arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə “Report”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir Fərid Qayıbov Konqo Demokratik Respublikasının idman və istirahət naziri Didye Budimbu Ntubuanqa və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Qonaq Azərbaycanda olduğu müddətdə bir sıra idman …
Read More »Zakir Həsənov “ADEX-2024” sərgisində xarici ölkələrin məhsulları ilə tanış olub
Azərbaycanın müdafiə naziri Zakir Həsənov “ADEX-2024” sərgisində təmsil olunan xarici ölkələrin məhsulları ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, nazir sərgidə təmsil olunan xarici ölkələrin şirkətlərinin stendlərinə baxış keçirib. Şirkət rəsmləri tərəfindən məhsullar barədə nazirə məlumat verilib. Foto: Ehtiram Cəbiyev
Read More »Zakir Quliyev: “Azərbaycanda su ehtiyatları 2070-2100-cü illərdə 30-35 % azalacaq”
Proqnoza əsasən, Azərbaycanda su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 %, 2070-2100-cü illərdə isə 30-35 % azalması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev Avropa və Mərkəzi Asiyada ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi” mövzusunda regional iqlim konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları olduqca məhduddur: “Çoxillik məlumatlara əsasən, respublikanan yerüstü su ehtiyatları 30 milyard …
Read More »Hindistan şahmatçısı Şuşadakı turnirdə iştirak edə bilməyəcək, onu həmyerlisi əvəzləyəcək
Hindistan şahmatçısı Vidit Santoş Qucrati Şuşada keçiriləcək Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Onu həmyerlisi Aravind Çitambaram əvəzləyəcək. Qeyd edək ki, bu gün açılış mərasimi baş tutacaq yarış sentyabrın 30-da yekunlaşacaq.
Read More »Oktyabrın 2-də ilin ikinci Günəş tutulması olacaq
Bu ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “Report”a məlumata görə, tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə bu zaman baş verən tutulma həlqəvari Günəş tutulması adlanır. …
Read More »Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə gətirilib
Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşının ölkəyə qayıdışı təmin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. Qeyd edilib ki, Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, onların ölkəyə geri qaytarılması məqsədilə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar