Kənd məktəblərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır: “Məsələn, ibtidai sinif və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur. Burada iki məqam var. Biri fundamental problemdir. Daha kiçik məktəblərdə az, bəzən cəmi …
Read More »Prezident Kim Çen Ina təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Zati-aliləri cənab Kim Çen Ina təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, Koreya Xalq Demokratik Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında …
Read More »AMB “Bank of Baku”nun vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank of Baku” ASC-nin bir vəzifəli şəxsini 1 500 manat cərimə edib. Boyukmillet.com xəbər verir ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu məlum olub. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq bankın əməkdaşına qarşı tədbir görülüb.
Read More »Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırılıb
Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yeni rəhbəri Andrey Sibiqa Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişini geri çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, Ukrayna səfirləri və baş konsulları ilə görüş keçirdiyini bildirib və bunu “çox səmimi və məzmunlu dialoq” adlandırıb. A.Sibiqa qeyd edib ki, ilk kadr qərarları verilir, XİN strukturunda və səfirliklərin ştat cədvəlində …
Read More »İraqın şimalında PKK-nın 21 mövqeyi dağıdılıb, çox sayda terrorçu öldürülüb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 21 mövqeyini dağıdıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin havadan endirdiyi zərbələr nəticəsində İraqın şimalında yerləşən Metina, Qara, Hakurk və Kandil bölgələrində terrorçuların 21 mövqeyi dağıdılıb, çox sayda terrorçu öldürülüb.
Read More »Ədliyyə nazirinə yeni müavinlər təyin olunub
Mübariz Əhmədov və Toğrul Hüseynov ədliyyə nazirinin müavinləri təyin olunublar. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Mübariz Hüseyn oğlu Əhmədov 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib. 2002-2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq, 2005-2011-ci illərdə Baş …
Read More »KİV: HƏMAS-ın təhlükəsizlik xidmətinin rəis müavini öldürülüb
Qəzza zolağının şimalında Fələstinin radikal HƏMAS hərəkatının daxili təhlükəsizlik rəhbərinin müavini İsrailin hava hücumu nəticəsində həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb. Məlumata görə, polkovnik Məhəmməd Mursi ailəsinin 3 üzvü ilə birlikdə Cəbəliyədəki evinə hücum zamanı həlak olub. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən …
Read More »Türkiyə millisinin sabiq basketbolçusu vəfat edib
Türkiyə millisinin sabiq basketbolçusu İlkan Karaman vəfat edib. Boyukmillet.com xəbər verir ki, 34 yaşlı idmançı avtomobil vurması nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, karyerası ərzində “Fənərbağça”, “Beşiktaş” kimi klubların şərəfini qoruyan Karaman son mövsümü “Çayırova Belediye”sinin heyətində keçirib. O, 2013-cü ildə ilk dəfə Türkiyənin əsas millisinin formasını geyinib.
Read More »Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib
Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, mərasimdə ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyacaq.Bu axşam Bakı vaxtı ilə saat 22:30-da start götürəcək tədbirin bağlanış mərasimi “Stad de Frans”da baş tutacaq.Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 19 idmançı ilə təmsil olunub. Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını …
Read More »Qəbələdə ətraf mühiti çirkləndirənlər cəzalandırılıb
Qəbələdə ətraf mühitin mühafizəsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara məişət tullantılarının və tütün məmulatlarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, eləcə də istirahət mərkəzlərinin zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıq edilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar