Bazar ertəsi , 6 Aprel 2026

autor

İsrail gəmisi “Hizbullah”a məxsus kəşfiyyat PUA-sını raketlə vurub

“Hizbullah” silahlı milislərinin pilotsuz uçuş aparatı (PUA) Aralıq dənizi üzərində İsrail Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin atdığı raketlə vurulub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.Məlumata görə, PUA İsrailin eksklüziv iqtisadi zonasının üstündəki hava məkanına daxil olub və dənizdəki “Kariş” yatağının ərazisindəki qaz platformasına doğru irəliləyib.Telekanal qeyd edir ki, vurulan PUA kəşfiyyat xarakterli olub və hədəfi vurmaq …

Read More »

Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 27-də keçirilən iclasında deyib. Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1255 nəfər namizəd olmaq üçün müraciət edib: “Onlardan 1141 nəfərinin namizədliyi təsdiqlənib, 1092 nəfərinə imza vərəqələri verilib”. M.Pənahov bildirib ki, deputatlığa namizədliyi irəli sürülən 454 nəfər …

Read More »

Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin yolunu uçurub

Sel suları səbəbindən Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb. Boyukmillet.com xəbər verir ki, Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin əsas yolunu uçurub. Eyni zamanda, sel suları çayın kənarında olan yüksək gərginlikli elektrik xətlərini də aşırıb. Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yollar axtarılır.

Read More »

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 21 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 1 milyon 121 min 283 ABŞ dolları dəyərində 1 milyon 435 min 665 ton yük daşınıb. Boyukmillet.com xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,5 % və 0,03 % çoxdur. Altı ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 41 min 626 ton (əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,4 % çox), dəyəri 63 milyon 24 min ABŞ dolları (31,7 % az) olub. İdxal olunan yüklərin həcmi isə 1 milyon 394 min 39 ton (0,1 % az), dəyəri 1 milyon 58 min 259 ABŞ dolları (24,9 % çox) təşkil edib.

Read More »

Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qırğızıstanda beynəlxalq terror təşkilatının üzvü saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb. N.R. adlı şəxs gizli qrup tərkibində MDB ölkələrindən birində terror aktı təşkil etməyə hazırlaşmaqda şübhəli bilinir. “O, teleqramda gizli hesablar vasitəsilə hərəkət edib. O, beynəlxalq terror təşkilatlardan birinin emissarları tərəfindən koordinasiya edilib. Cinayət törətməyə cəhd etməzdən əvvəl N.R. qrup rəhbərinə …

Read More »

Azərbaycan millisinin baş məşqçisi: Digər oyunlara hazırlaşmalıyıq

Qarşıya baxmalı və digər oyunlara hazırlaşmalıyıq. Boyukmillet.com xəbər verir ki, bunu badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi Paris-2024 Yay Olimpiya Oyunlarında Keişa Fatimə Zəhranın ilk matçından sonra deyib. Mütəxəssis N qrupunda He Bin Çzyaoya (Çin) uduzan idmançının rəqibi ilə müqayisədə təcrübəsinin az olduğunu bildirib: “Çinli idmançı buraya qızıl medal qazanmaq üçün gəlib. Olimpiya təcrübəsi də var. Ayın 29-da …

Read More »

Mikayıl Cabbarov Gəncədə sahibkarlarla görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncə şəhərində və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlarla görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Gəncə və ətraf rayonlarda qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə səmərəli görüşümüz oldu. Qeyri-neft sənayesindəki inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə sahibkarlarla müzakirələr apararaq sualları cavablandırdıq və təklifləri dinlədik”, – …

Read More »

Ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi ahıl vətəndaşların 43 min manatını mənimsəməkdə təqsirləndirilən, 1978-ci il təvəllüdlü Serqey Karnauxovu saxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, S.Karnauxov “Telegram” sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin ona göndərdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul …

Read More »

Azərbaycan badmintonçusu: Əlimdən gələni etməyə çalışdım

Əlimdən gələni etməyə çalışdım. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk matçı ilə bağlı danışarkən deyib. N qrupunda He Bin Çzyaoya (Çin) uduzan idmançı rəqibinin iddialı olduğunu bildirib: O, növbəti qarşılaşmada daha yaxşı oynamağa çalışacağını söyləyib: “Bu, mənim ilk olimpiadamdır. İstər-istəməz həyacan var idi”. Qeyd edək ki, badmintonçu növbəti …

Read More »

Beynəlxalq səyyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyib

Beynəlxalq səyyahlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirdiyi minaların azərbaycanlı istehkamçılar tərəfindən zərərsizləşdirilməsi prosesini izləyiblər. Boyukmillet.com xəbər verir ki, səyahətçilər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər çərçivəsində Füzuli rayonunun Horadiz kəndinə gəliblər. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri qonaqlara işğaldan azad edilmiş ərazilərdə minalardan təmizlənmənin necə aparıldığını, hansı ərazilərin artıq təmizləndiyini və qarşıda hansı işlərin görülməli olduğu …

Read More »