Bazar ertəsi , 6 Aprel 2026

autor

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə rəis təyin edilib

Ədliyyə nazirinin müvafiq əmri ilə Elçin Nəsibov Nazirliyin Qanunvericilik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə “Report”a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, Elçin Nəsibov 1974-cü ildə anadan olub. 1996-cı ildə Moskva Dövlət Hüquq Akademiyasını hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Ədliyyə Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışaraq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, layihələr üzrə rəylərin …

Read More »

“Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiqlənib

“Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarla “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” təsdiq olunub. Bu Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Read More »

Ağdamda azad olunan ərazilərdə bərk məişət tullantılarının idarə olunması ilə bağlı müzakirələr aparılır

Ağdam Konfrans Mərkəzində Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, iclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov, AMEA-nın vitse-prezidenti İradə Hüseynova və digər rəsmilər iştirak edirlər. İclasda Qarabağ iqtisadi rayonunda …

Read More »

Dağbəyi İsmayılov: Müharibə dövründə Azərbaycan mətbuatı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdi

Azərbaycan mətbuatı keçdiyi yolda çox mürəkkəbliklərlə qarşılaşıb, ancaq Həsən Bəy Zərdabi yolundan dönməyib. Müharibə dövründə də Azərbaycan mətbuatı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdi. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov Milli Mətbuat gününün 149-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib: “Mətbuatımızın yubileyinin növbəti ili də şərəfli şəkildə qeyd olunacaq. Jurnalistlərin birinci qurultayında …

Read More »

Kibercinayətkarlığa qarşı DİN və bankların nümayəndələrindən ibarət işçi qrup yaradılıb

Kibertalamalara qarşı mübarizədə birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və qabaqlayıcı işlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları və bankların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Banklar Assosiasiyası”nın birgə təşkilatçılığı və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinin iştirakı ilə …

Read More »

MEDİA və Dövlət Xidməti sosial şəbəkələrdə saxta paylaşımlarla bağlı birgə açıqlama yayıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti saxta paylaşımlarla bağlı birgə açıqlama yayıb. Boyukmillet.com xəbər verir ki, açıqlamada deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materialların saxta (“fake”) məlumat olduğunu bildiririk. Azərbaycanın informasiya agentliklərindən …

Read More »

Sumqayıtda vətəndaşa qarşı 21 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıtda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Sumqayıt şəhər sakini olan bir nəfərin aldadılaraq 21500 manat pulunun alınması barədə polisə məlumat daxil olub. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri təbirlərlə dələduzluq əməlində şübhəli bilinən A.Əmrahov saxlanılıb. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təbirlərlə isə şəhər sakini olan bir nəfərin 600 manatını dələduzluq yolu ilə almaqda …

Read More »

Vüsal Xanlarov: “Bakalavr təhsil pilləsinə qeydiyyat prosesi rəqəmsallaşdırılacaq”

Yaxın gələcəkdə bakalavr təhsil pilləsinə qeydiyyat prosesinin rəqəmsallaşması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib. Onun sözlərinə görə, bu ildən Azərbaycan Texniki Universiteti ilə tamamilə kağızsız formada qeydiyyat prosesinin həyata keçirilməsi planlaşdırılır: “Artıq “mygov” platforması üzərindən magistratura və əlavə təhsillə bağlı qeydiyyat prosesi aktivdir. Yaxın gələcəkdə bakalavr, ondan sonda rezidentura …

Read More »

Rusiya milyonlarla dollar dələduzluqda ittiham olunan keçmiş deputat Roman Qoldmanı İnterpol xətti ilə tutmaq istəyir

Rusiya 12 milyon dollarlıq dələduzluqda ittiham olunan sabiq deputat Roman Qoldmanı “qırmızı xətt”lə axtarışa verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı İnterpolun saytında məlumat yerləşdirilib. Bildirilib ki, 48 yaşlı Roman Qoldman xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir. Rusiya məhkəmələri tərəfindən Roman Qoldmanın barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılaraq təhvil verilməsi üçün İnterpola müraciət edilib. Qeyd edək ki, Roman Qoldman …

Read More »

AYNA: 11 fiziki və hüquqi şəxs taksi sifarişi operatorluğu üçün icazə alıb

Bu günə qədər Azərbaycanda 11 fiziki və hüquqi şəxs taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün icazə alıb. Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. Bundan başqa, o qeyd edib ki, indiyə qədər taksi daşımaları üçün 9 001 buraxılış vəsiqəsi verilib ki, …

Read More »