Bazar ertəsi , 6 Aprel 2026

autor

Şuşada TDT-yə üzv ölkələrin liderləri Qarabağ Bəyannaməsini imzalayıblar

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub. Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı məlumat verib. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.

Read More »

ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına yeni əlavə edilən “Handysize” tipli “Xocalı” gəmisinin ilk səfəri uğurla yekunlaşıb. Boyukmillet.com ASCO-ya istinadən xəbər verir ki, gəmi Cənubi Koreyanın “Bukpyung” limanından qəbul etdiyi 30 min 800 ton sement yükünü Amerika Birləşmiş Ştatlarının “Portland” limanına çatdırıb, artıq yük gəmidən boşaldılıb. 20 gün davam edən səfər çərçivəsində “Xocalı” ümumilikdə 8 390 kilometr məsafə qət edib. Bu səfərlə Azərbaycanın gəmiçilik …

Read More »

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir: “Artan yükdaşımalarını nəzərə …

Read More »

İrandakı prezident seçkilərinin ilkin qeyri-rəsmi nəticələri bəlli olub: Pezeşkian rəqibini üstələyir

İrandakı prezident seçkilərinin ilkin qeyri-rəsmi nəticələrinə əsasən, islahatçıların təmsilçisi Məsud Pezeşkian mühafizəkar rəqibi Səid Cəlilini üstələyir. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin “Tasnim” agentliyi məlumat yayıb. “İndiyədək sayılmış səslərə görə, cənab Məsud Pezeşkian cənab Səid Cəlilini üstələyir, hesablama Pezeşkianın xeyrinə davam edir”, – agentlik qeyd edib. Bununla belə, “Tasnim” sözügedən ilkin nəticələrin qeyri-rəsmi olduğunu, hesablamanın yekunlaşmadığını vurğulayıb. “Rəsmi statistika bir neçə saat …

Read More »

Starmer Britaniyanın yeni Nazirlər Kabinetini təqdim edib

Britaniyanın yeni Baş naziri Keir Starmer kabinetinə nazirlər təyin edib. Boyukmillet.com xəbər verir ki, iyulun 5-də o, Kral Çarlzla görüşdükdən sonra rəsmi olaraq Baş nazir vəzifəsinin icrasına başlayıb. Baş nazirliyin ofisi olan “10 Downing Street” önündə çıxış etdikdən sonra Keir Starmer kabinetini qurmağa başlayıb. Yeni təyinatlara əsasən Ancela Reyner Baş nazirin müavini, İvett Kuper daxili işlər naziri, Devid Lemmi isə …

Read More »

Portuqaliya millisinin baş məşqçisi: Qürurla məğlub olduq

Qürurla məğlub olduq. Boyukmillet.com xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Fransaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis rəqib komandanın qalib gəlmək üçün birlik nümayiş etdirdiyini söyləyib: “Hər iki komanda 120 dəqiqə boyunca çətinlik çəkdi. Qürurla məğlub olduq. Yaxşı oynasaq da, uduzduq, bu çox üzücüdür. Oyun ərzində biz topa daha çox sahib idik”. …

Read More »

Fransa millisinin baş məşqçisi: Yarımfinala çıxmağın sevincini yaşayıram

Yarımfinala çıxmağın sevincini yaşayıram. Boyukmillet.com xəbər verir ki, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Portuqaliyaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. Mütəxəssis görüşün gərgin mübarizə şəraitində keçdiyini söyləyib: “Hər iki komandanın ifasında gərgin matç izlədik. Futbolçularda yorğunluq müşahidə olunurdu. Şadam ki, bu çətin oyunun sonunda qalib gələn tərəf biz olduq. Yarımfinala çıxmağın sevincini yaşayıram”. Qeyd …

Read More »

Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb

Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Hüseynova Təhminə Telman qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır .

Read More »

Orban Moskvaya səfəri ilə bağlı tənqidlərə cavab verib

Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli imkanlarını müzakirə etdiyi Moskvaya səfəri ilə bağlı Aİ rəhbərliyinin tənqidlərini rədd edib. Boyukmillet.com xəbər verir ki, Macarıstan hökumətinin başçısı Brüssel bürokratiyasının özünün hələ də müharibə aparan tərəflər arasında münasibətlərin normallaşması üçün heç nə etmədiyini xatırladıb. “Məhz bu Brüssel bürokratik cəfəngiyyatı Rusiya-Ukrayna müharibəsində sülhə yol tapmaqda heç bir nəticə …

Read More »

Bundestaq Macarıstanı Aİ Şurasına sədrlikdən məhrum etməyə çağırıb

Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfərinə görə Macarıstan Aİ Şurasına sədrlikdən istefa verməlidir. Boyukmillet.com xəbər verir ki, bunu Bundestaqın (Almaniya parlamenti) Xarici siyasət komitəsinin Sosial Demokrat Partiyasından olan sədri Mixael Rot deyib. “Orbanın Aİ Şurasına sədrliyindən biabırçı şəkildə sui-istifadə etməsi və mandatsız Kremlə getməsi qalmaqaldır. O, Aİ-nin xarici siyasətinin əsas prinsiplərini sarsıdır. Ya Macarıstan hökuməti Aİ-dəki hazırkı roluna hörmətlə …

Read More »