Bazar , 5 Aprel 2026

autor

Bakı-İrəvan xətti gündəmdə, Tiflis isə sakitdir – Səbəb açıqlandı

Gürcüstanın baş naziri Ermənistanla Azərbaycan arasında Gürcüstan ərazisindən yan keçməklə mümkün birbaşa ticarət daşımaları məsələsinə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, baş nazir İrakli Kobaxidze bu cür alternativ marşrutların Gürcüstan üçün təhlükə yaratmadığını vurğulayıb. Kobaxidzenin sözlərinə görə, son beş il ərzində Orta Dəhliz üzrə yükdaşımaların həcmi yeddi dəfə artıb. Bu artım fonunda Gürcüstanın əsas hədəfi mövcud nəqliyyat və logistika infrastrukturunu …

Read More »

Qarabağdan 11 nəfər Ermənistana təhvil verildi

Ermənistanın sabiq səhiyyə naziri Arsen Torosyan Qarabağdan köçürülmə ilə bağlı açıqlama yayıb. Boyukmillet.com xəbər verir ki, onun bildirdiyinə görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan 10 erməni və 1 rus onların öz istəkləri əsasında Ermənistana təhvil verilib. Erməni nazirin sözlərinə görə, 11 nəfər məsələ ilə bağlı Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər və bu müraciətlər əsasında onlar Ermənistana təhvil veriliblər. Nazir vurğulayıb ki, …

Read More »

Polis qanunsuz saxlanılan silah-sursat aşkarlayıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 21 tüfəng, 2 patron darağı və 11 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Read More »

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

2026-cı ilin fevralında təhvil veriləcək qızıl fyuçerslərinin qiyməti “Comex” birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 4 950 ABŞ dollarını ötüb. Boyukmillet.com xəbər verir ki, bunu ticarət platformasının məlumatları təsdiq edir. Bakı vaxtı ilə saat 03:01-də qiymətli metalın dəyəri bir troya unsiyası üçün 4 950,1 ABŞ dolları (+0,75 %) təşkil edib. Saat 03:06-da isə qızılın qiyməti artımı sürətləndirərək bir …

Read More »

“The Times”: Qrenlandiya ilə bağlı saziş Rusiya və Çin layihələrinə qadağanı nəzərdə tutur

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rütte arasında razılaşdırılmış Qrenlandiya üzrə çərçivə sazişi adada alyansın komandanlıq mərkəzinin yaradılmasından tutmuş Rusiya və Çin investisiyalarına qadağaya qədər beş əsas komponenti əhatə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin həmsöhbətlərinin məlumatına görə, Tramp və Rütte arasında müzakirə olunan razılaşma 1951-ci ildə Vaşinqton və …

Read More »

Tramp Putinin Ukrayna məsələsində güzəştə gedəcəyini bildirib

Rusiya prezidenti Vladimir Putin Rusiya‑Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlar çərçivəsində güzəştlərə gedəcək. Boyukmillet.com-un Ağ Evə istinadən məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərindən Vaşinqtona gedərkən “Air Force 1” təyyarəsində jurnalistlərlə söhbəti zamanı bildirib. Onun sözlərinə görə, razılaşmaya nail olmaq üçün bütün tərəflər güzəştə getməlidir və bu prosesdə Avropa da iştirak etməlidir, çünki bu qoca qitə üçün …

Read More »

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli çalışdırıcısının yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib. Azərbaycan çempionu “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, “Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 …

Read More »

Rüşvət ittihamı ilə hərbi komissarlığın şöbə rəisi həbs edildi

Armavir şəhərində hərbi komissarlığın bölmələrindən birinin rəhbəri rüşvət ittihamı ilə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat verib. Məlumata görə, cinayət işi təkcə həmin şəxs barəsində deyil, daha üç nəfərə qarşı da başlanıb. İstintaqın ilkin versiyasına əsasən, söhbət vətəndaşların hərbi təlim-məşqlərdən azad edilməsi müqabilində rüşvət alınmasından gedir. Hazırda istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslərin mümkün əlaqələri və …

Read More »

Prezidentin adından saxta açıqlama yayılıb – MEDİA

“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb.Boyukmillet.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) məlumatında bildirilib. Qeyd edilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır. “Son zamanlar oxşar məzmunlu …

Read More »