Çərşənbə axşamı , 7 Aprel 2026

autor

ABŞ Bakı ilə Yerevanın Almatıdakı görüşünü dəstəkləyib

Vaşinqton bu görüşü sülh danışıqları üzrə prosesi davam etdirmək üçün vacib sayır Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayıb. Bu barədə ABŞ Dövlət Departamenti “Turan”ın sorğusuna cavabında deyib. “Almatı mühüm, simvolik yerdir. Biz Qazaxıstanın görüşə ev sahibliyi etmək təklifini alqışlayırıq”, – deyə Dövlət Departamenti qeyd edib. Azərbaycan və Ermənistanın xarici işlər …

Read More »

Ermənistan prezidenti: Qonşu ölkələrlə mehriban münasibətlər qurmaqda qətiyyətliyik

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ilə görüşündə ölkəsinin qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaqda qətiyyətli və birmənalı mövqeyini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin aparatı məlumat yayıb. O qeyd edib ki, bunun təsdiqi hazırda Ermənistanla Azərbaycan arasında aparılan sərhədlərin demarkasiyası prosesidir. Bundan başqa, tərəflər regional və qlobal hadisələr, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. …

Read More »

YAP parlament seçkilərinə hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. Boyukmillet.com xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur: “Amma buna baxmayaraq, YAP bütün seçkilərə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də hazırlıq aparır”.

Read More »

Qurban Yetirmişli: Azərbaycanın təhlükəli zonalarında zəlzələ riski qiymətləndiriləcək

Azərbaycanın təhlükəli zonalarında zəlzələ riski qiymətləndiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanda aparılan zəlzələ tədqiqatları dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmır: “Hazırda yeni böyük beynəlxalq layihə üzərində işləyirik. Mayın 13-də beynəlxalq toplantımız olacaq. ABŞ, Kanada və digər ölkələrdən qonaqlarla birlikdə Azərbaycanın təhlükəli zonalarında zəlzələ …

Read More »

Erməni din xadimi: Koçaryanın baş nazir postuna namizədliyi müzakirə olunmayıb

“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanla onun baş nazir postuna namizədliyini heç vaxt müzakirə etmədiyini bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. O, Respublika meydanında çıxış edərək qeyd edib ki, R.Koçaryanın namizədliyinin irəli sürülməsi məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, bu mifi hərəkatın əleyhdarları ortaya atıblar. Keçmiş Ombudsman …

Read More »

Azərbaycanda dördüncü quyudibi seysmoloji stansiya qurulur

Azərbaycanda dördüncü quyudibi seysmoloji stansiya qurulur. Boyukmillet.com xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Şuşada inşa olunan bu seysmoloji stansiyanın qurulması istiqamətində ilkin işlər başa çatıb: “Hazırda abadlıq işləri və stansiyanın quraşdırılması qalıb. Stansiya Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən Azərbaycana hədiyyə edilib. …

Read More »

Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla anıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra …

Read More »

Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir

Azərbaycan Həndbol Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan birinciliyinin daha bir zona yarışına bu gün start veriləcək. Boyukmillet.com xəbər verir ki, Şirvan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə yerli həndbolçularla yanaşı, Gəncə, Mingəçevir, Göygöl, Tovuz və Şəkini təmsil edən 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı qızlar mübarizə aparacaqlar. Yarış saat 11:00-da başlayacaq. Qalib komandalar iyunda Bakıda təşkil olunacaq …

Read More »

Azərbaycanda vəkillərin sayı 2 463 nəfərə çatıb

Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının (NMRVK) təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında (MR) “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans, habelə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, konfrans Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan MR-in 100 illiyinə həsr olunub. Tədbirdə Naxçıvan MR-də Azərbaycan …

Read More »

Əlillərin Cəmiyyətdə tam iştirakı: QHT sədri Cəmilə Abdulova ilə MÜSAHİBƏ

Əlillərin hüquqları və cəmiyyətdə tam iştirakı ilə bağlı “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova ilə müsahibəmiz oldu və önəmli bir məsələni aydınlaşdırdıq. Müsahibədə əlillilərin cəmiyyətdəki yerinin gücləndirilməsi, onların hüquqlarının qorunması barədə danışdıq. Müsahibədə Cəmilə Abdulova ilə söhbətimizdə əlillilərin cəmiyyətdə iştirakını təmin etmək üçün nələrin əhəmiyyətli olduğu haqqında fikirləri əks olunur. Boyukmillet.om QHT.aza istinadən Cəmilə Abdulova ilə müsahibəni təqdim edir. Bu …

Read More »