Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Ötən gün 19 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

Azərbaycanda ötən gün 19 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 6-da ümumi çəkisi 19,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Read More »

Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişib

Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: – öz arzusu ilə; – ali təhsil müəssisəsini dəyişdikdə; – ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və …

Read More »

Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib

Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul olunub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Abit Mərdanov Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib. A.Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.

Read More »

“Nikosayağı” adı ilə tanınan blogerə hökm oxunub

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini …

Read More »

Azərbaycan Ordusunun mühəndis bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi plana uyğun olaraq, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Keçirilən məşğələlər zamanı istehkamçılar silahlanmada olan müasir mühəndis avadanlıqlarından istifadə etməklə nəqliyyat vasitəsinə yerləşdirilmiş partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Mühəndis təminatı yerinə yetirən bölmələrin şəxsi heyəti ilə keçirilən məşğələlərin əsas …

Read More »

Türkiyədəki beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Martın 7-də Türkiyənin Antalya şəhərində start götürəcək “Yaşar Doğu və Vehbi Əmrə” turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub. Federasiyadan verilən məlumata görə, martın 10-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 2 komanda təmsil edəcək. Yunan-Roma güləşi üzrə millinin üzvləri məşqçilər Kamran Məmmədovla Zöhrab Abbasovun rəhbərliyi altında güləşəcəklər. Qarşıdakı iki gündə Fərid Sadıxlı, Tural Mehtiyev (hər ikisi 55 kq), Nihad Quluzadə, Elmir …

Read More »

Ərdoğan: 2028-ci ildən KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq

2028-ci ildən KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda keçirilən mitinqdə bildirib. “Ötən həftə 5-ci nəsil döyüş təyyarəmiz KAAN səmaya qalxdı. Bu sahədə Türkiyə dünyanın ilk 4 ölkəsi arasında yerini aldı. 2028-ci ildə KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq”, – Türkiyə Prezidenti deyib. Qeyd edək ki, KAAN Türkiyənin …

Read More »

Səhiyyə Nazirliyinin üzərinə yeni öhdəlik qoyulub

Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 3 iyun 2015-ci il tarixli qərarında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Səhiyyə Nazirliyi dərman vasitələrinin dövlət reyestrinin məlumatlarındakı dəyişiklikləri (dövlət qeydiyyatı müddətinin bitməsi, yenidən dövlət qeydiyyatına alınması, …

Read More »

Prezident: Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları tariximizə parlaq səhifələr yazıblar

Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda yer alıb. Məktubda bildirilib ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx …

Read More »

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin …

Read More »