Bazar ertəsi , 6 Aprel 2026

autor

Özbəkistan Parlamenti Azərbaycanla sazişlərin icrasını müzakirə edib

Özbəkistan Senatı və parlament komitələri Azərbaycanla ikitərəfli sazişlərin icrasına və birgə investisiya və əməkdaşlıq layihələrinin sürətləndirilməsinə həsr olunmuş birgə iclas keçiriblər. Bu barədə Boyukmillet.com Özbəkistan Senatına istinadən xəbər verir. İclasda Senat üzvləri, deputatlar, nazirliklərin və idarələrin, assosiasiyaların və təşkilatların rəhbərləri iştirak ediblər. “Nazirlik və idarələrin rəhbərləri iclasda iştirakçıları Özbəkistan və Azərbaycan liderləri arasında əldə edilmiş razılaşmaların, imzalanmış ikitərəfli sənədlərin və təsdiq edilmiş …

Read More »

AZAL “Airbus A321-200NX tipli” 3 hava gəmisini icarəyə götürüb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Avolon Leasing Ireland 3 Limited” şirkəti ilə “Airbus A321-200NX tipli” 3 hava gəmisinin icarəsinə dair əməliyyat lizinqi müqavilələri bağlayıb. Boyukmillet.com xəbər verir ki, həmin təyyarələrin 2026-cı ilin dekabr – 2027-ci ilin mart ayları aralığında təhvil verilməsi planlaşdırılır. Bundan başqa, bu il AZAL lizinq müqavilələri əsasında təhvil alınmış iki yeni “Airbus A320-251N” tipli hava gəmisinin hesabına donanmasındakı …

Read More »

Avro bahalaşdı, rubl ucuzlaşdı – Dollar isə…

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Boyukmillet.com xəbər verir ki, avronun məzənnəsi 0,1 % artaraq 2,0022 manat, 100 Rusiya rublunun məzənnəsi isə 1,2 % azalaraq 2,1715 manat təşkil edib.

Read More »

Türkiyədə İŞİD əməliyyatı: yüzdən çox şübhəli saxlanılıb

Türkiyənin İstanbul və Ankara şəhərlərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat keçirilib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbuldakı əməliyyat zamanı 110, Ankarada isə 17 şübhəli saxlanılıb. Məlumata görə, İstanbulda tutulmuş şəxslərin arasında Yalovada 3 polisi həlak edən terrorçularla əlaqəli olanlar da var. Ankarada saxlanılan şübhəlilərdən 11-nin əcnəbi, 6-nın isə Türkiyə vətəndaşı olduğu bildirilib.

Read More »

Gürcüstanda Azərbaycan vətəndaşları da daxil olmaqla 63 əcnəbi deportasiya edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq struktur bölmələri ilə sıx koordinasiya şəraitində son bir neçə gün ərzində ölkədən 63 xarici vətəndaşı deportasiya edib. Bu barədə “Report”un Gürcüstan bürosu nazirliyə istinadən xəbər verir. Məlumata görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı …

Read More »

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirilib

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə …

Read More »

Erməni müxalifətçi və yaxınları prokurorluğa çağırıldı

Ermənistan parlamentinin “Ermənistan” blokundan deputatı, Daşnaksutyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan, onun həyat yoldaşı Liana Xaçatryan, atası Vaçik Saqatelyan, “NARVEST” kənd təsərrüfatı kooperativinin icraedici orqanının rəhbəri Nairi Saqatelyan və deputatın bir neçə qohumu Ermənistan Baş Prokurorluğuna çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, onlar qanunsuz mənşəli əmlakın müsadirəsi ilə məşğul olan struktur bölməyə dəvət ediliblər. Rəsmi qurumlar çağırışın …

Read More »

Rusiya–Ukrayna müharibəsində iştirak edən azərbaycanlılar barədə cinayət işi açılıb

Azərbaycan Baş Prokurorluğu Rusiya–Ukrayna müharibəsində iştirak edən azərbaycanlılar barədə cinayət işi açıldığını bildirib.  Prokurorluğun yaydığı məlumatda deyilir ki, Rusiya–Ukrayna müharibəsi və digər xarici silahlı münaqişələrdə iştirak edən ölkə vətəndaşlar ağır cinayət məsuliyyəti daşıyır.  Rəsmi açıqlamada bildirilir ki, Rusiya-Ukrayna müharibəsində azərbaycanlıların da iştirakı aşkarlanıb. Qeyd edilir ki, qanunvericiliyə görə, muzdluluq, habelə, Azərbaycan qanunları ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə və qruplarda iştirak 8 ildən …

Read More »

İlham Əliyev bu qanuna dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, söhbət “Milli Məclis deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, …

Read More »

Baş Prokurorluq bu şəxslərə XƏBƏRDARLIQ ETDİ

Baş Prokurorluq Rusiya-Ukrayna müharibəsində iştirakla bağlı vətəndaşlara xəbərdarlıq edib. Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar və mediada yayılan məlumatlara əsasən Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda, eləcə də digər silahlı münaqişələrdə Azərbaycanın bəzi vətəndaşlarının da iştirak etməsi hallarının müşahidə olunduğu vurğulanıb. “Təəssüflə qeyd edirik ki, bu döyüşlər nəticəsində həlak olan, ağır yaralanan, habelə əsir düşən vətəndaşlarımız var. …

Read More »