Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Gənclər və İdman Nazirliyinin vəzifələrində dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla nazirliyin vəzifələrində dəyişiklik aparılıb. Belə ki, qurum tabeliyində olan idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması …

Read More »

Mingəçevirdə məktəbdə mənimsəmə aşkarlanıb, cinayət işi açılıb

Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Şəhər Prokurorluğunda cinayət işi açılıb. Mərkəzi Aran Regional Təhsil İdarəsindən verilən məlumata görə, idarə ötən ilin 13-14 noyabrında həmin məktəbdəki neqativ hallarla bağlı yoxlama aparıb. Qeyd olunub ki, məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir Şəhər Prokurorluğu, həmçinin Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları yoxlamalara başlayıb: …

Read More »

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə xarici siyasət konsepsiyasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə görüş keçirib. Boyukmillet.com  Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib. Prezident Rusiyanın xarici siyasət konsepsiyasının müddəalarının həyata keçirilməsinin müzakirəsini təklif edib. Rusiya xarici işlər naziri Sergey Lavrov iclasda məruzə ilə çıxış edib. Ölkənin xarici siyasəti konsepsiyası Prezidentin 31 mart 2023-cü il tarixli fərmanı …

Read More »

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi başa çatan cinayət işləri üzrə 43 milyon manatdan çox məbləğdə əmlaka həbs qoyub

Baş prokuror Kamran Əliyevin sədrliyi ilə yanvarın 19-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan əməliyyat müşavirəsi keçirilib. “Report”a qurumdan verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, 2023-cü il Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin …

Read More »

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarına pul yatırmağa dəvət edilib

Azərbaycan Türkiyə şirkətlərini işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına investisiya yatırmağa dəvət edib. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib. Məlumata görə, Türkiyənin Bursa Ticarət və Sənaye Palatasına daxil olan şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib. Səfər çərçivəsində Türkiyədə kimya sənayesi sahəsində fəaliyyət göstərən 15-dən çox şirkətin əməkdaşı iştirak …

Read More »

Kolomina və Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan və NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Cənubi Qafqazdakı vəziyyəti, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı son prosesləri və sülh sazişinin imzalanması məsələsini müzakirə ediblər. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatında bildirilib. Tərəflər, həmçinin Ermənistan-NATO əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər …

Read More »

Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb – SƏRƏNCAM

Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, …

Read More »

TƏBİB: “Bakıda sexdəki yanğında xəsarət alanların 9-nun vəziyyəti ağırdır”

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə …

Read More »

Azərbaycan Ordusunda ötən il 423 təlim keçirilib

Azərbaycan Ordusunda 2023-cü il ərzində 143 taktiki-xüsusi, 261 taktiki, 8 taktiki uçuş, 7 gəmi-döyüş, 4 komanda-qərargah səfərbərlik təlimi, komando başlanğıc və snayper hazırlığı kursları keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə yanvarın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin rəsmiləri ilə media nümayəndələri arasında keçirilən görüşdə bildirilib. Görüşdə Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının hesabatının təqdimatı, eləcə də hərbi mövzuda xəbər …

Read More »

Azərbaycan da daxil bir neçə ölkənin beynəlxalq axtarışa verdiyi 42 nəfər Türkiyədə saxlanılıb

Bir neçə ölkə tərəfindən beynəlxalq axtarışa verilən 42 nəfər Türkiyədə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, Türkiyənin 13 rayonunda – Ankara, Antalya, Bursa, Ərzurum, Əskişəhər, Kırklareli, Hatay, İstanbul, İzmir, Mersin, Niğde, Sakarya ve Uşda eyni vaxtda keçirilən “Kafes-31” əməliyyatı çərçivəsində İnterpol xətti ilə axtarılan 42 nəfər yaxalanıb. Həmin …

Read More »