Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Dağıstanda baş verən zəlzələdən sonra Bakı-Qroznı neft kəməri yoxlanılıb

Bakı-Qroznı neft kəməri yanvarın 12-də Dağıstanın Xasavyurt şəhərinin qərbində baş vermiş zəlzələdən sonra normal işləyir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə TASS-a “Transneft”in rəsmi nümayəndəsi İqor Demin məlumat verib. O, qeyd edib ki, 2024-cü il yanvarın 12-də Moskva vaxtı ilə saat 20:02-də (Bakı vaxtı ilə saat 21:02) episentri Xasavyurt şəhərindən 13 km şimal-qərbdə, ocağı 5 km dərinlikdə, maqnitudası 4,1 olan zəlzələ …

Read More »

Türkiyə ordusu PKK-nın daha 10 terrorçusunu zərərsizləşdirib

İraqın şimalındakı Metina və Kara bölgələrində həyata keçirilən qəfil hava əməliyyatları ilə PKK-nın daha 10 terrorçusu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında bildirib. Daha əvvəl bildirilib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 25 hədəfi məhv edib. Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi …

Read More »

Azərbaycan səfirindən “Le Figaro”ya cavab: “Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”

“Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Le Figaro” qəzetində dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqaləyə dair “X” səhifəsindəki şərhində bildirilir. “Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və …

Read More »

Hava şəraiti ilə bağlı üç istiqamətdə avtobus reysləri təxirə salınıb

Ölkə ərazisində davam edən qarlı hava şəraitinə baxmayaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yanvarın 14-ü günün ilk yarısında 90-dan çox reys həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, hava şəraitindən asılı olmayaraq Bakı Beynəlxalq Avtovağzalı vətəndaşlara fasiləsiz xidmət göstərir. Paytaxtdan çıxan avtobus reysləri ilə 2 100 sərnişin paytaxtdan regionlara yola salınıb. Yollardakı …

Read More »

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon (Şərq) dənizi istiqamətində ballistik raket buraxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Bu, Şimali Koreyanın cari ildə ilk raket sınağıdır. Hələlik raketin və onun uçuşunun detalları barədə məlumat yoxdur. Bununla belə, Cənubi Koreyanın müdafiə naziri Şin Von-şik ötən həftə Yonhap agentliyinə müsahibəsində KXDR-in yaxın günlərdə bərk yanacaqla işləyən ortamənzilli ballistik raket …

Read More »

Sabahdan prezident seçkilərinin təşviqat kampaniyası başlayacaq

Sabah, yanvarın 15-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Boyukmillet.com-un xəbərinə görə, fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham …

Read More »

Bakı hava limanı ştat rejimdə çalışır

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə çalışaraq uçuşların cədvəl üzrə həyata keçirilməsini təmin edir. Bu barədə Aeroportun mətbuat xidmətindən bildirilib. Kompleks hazırlıq işləri çərçivəsində Bakı aeroportu çətin hava şəraitində etibarlı hava hərəkətini təmin etməyə tam hazırdır. Texniki park tam təchiz olunub, hava limanında uçuş-enmə zolaqlarının, yolların və təyyarələrin buzlaşma əleyhinə maye ilə təmizlənməsi üçün daima bütün zəruri işlər aparılır. Aerodroma cəlb …

Read More »

Bakıda 4 dərəcə şaxta olacaq, rayonlara qar yağacaq – PROQNOZ

Yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti olacaq. Yanvarın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin …

Read More »