Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,67 % azalaraq 80,7 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,59 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …

Read More »

Baku.ws portalının 20 yaşı tamam olur

Bu gün Baku.ws xəbər portalının 20 yaşı tamam olur. Boyukmillet.com xəbər verir ki, Azərbaycan və rus dillərində fəaliyyət göstərən sayt siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə oxucularına çatdırır. Xəbər portalı mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir. Baku.ws saytı 2013-cü ildə “Netyy” – Ümumdünya Şəbəkəsinin milli …

Read More »

Miller: Rusiya ABŞ-nin Azərbaycanla Ermənistan arasında normallaşma ilə bağlı səylərinə mane olmur

Rusiya heç bir halda ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinq zamanı deyib. “Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyə heç bir şəkildə mane olmur və biz onları həyata keçirməyə davam edəcəyik”, – sözçü bildirib. Azərbaycan və …

Read More »

Türkiyə XİN İranda baş verən terror aktını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın Kirman şəhərində baş verən terror aktını pisləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub. “İranın Kirman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olduğunu təəssüflə öyrəndik. Bu dəhşətli terror aktını qətiyyətlə pisləyir, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə …

Read More »

Laçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb

Laçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb. Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin …

Read More »

SHXÇDX Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu gün Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov  bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir. Laçında həlak olan hərbi qulluqçular – Həsən …

Read More »

Hikmət Hacıyev: “Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibə verib. Boyukmillet.com AZƏRTAC-a istinadən müsahibəni təqdim edir: – Cənab Hacıyev, “Reuters” agentliyinin dekabrın 19-da verdiyi məlumata görə, siz demisiniz ki, Ermənistanla Azərbaycan arasında münaqişə 35 ildən sonra başa çatıb. Azərbaycan hazırda “sülhün təmin olunması” strategiyasını həyata keçirir. Həmçinin sülh sazişinin imzalanmasının çətin …

Read More »

Hərbçilər Laçında avtoqəzaya düşüb, həlak olanlar var

Yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Read More »

Hatayda yollar, evlər və iş yerləri su altında qalıb

Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda leysan gündəlik həyatı iflic edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Trt Haber” məlumat yayıb. Qeyd edilib ki, güclü yağış səbəbindən yolları, bəzi evləri və iş yerlərini su basıb. Bələdiyyə işçiləri su toplanmasının baş verdiyi ərazilərdə təxliyə işlərinə başlayıb. Leysan yağışlar rayonun bəzi yerlərində davam edir.

Read More »

Rusiyada əcnəbilərə vətəndaşlıq verilməsi prosedurunda yenilik edilib

Rusiya prezidenti Vladimir Putin orduda hərbi xidmət keçmək üçün müraciət edən əcnəbilərə və onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb. Boyukmillet.com Rusiya KİV-ə istinadən xəbər verir ki, fərmanda Şimal Hərbi Dairəsinin tərkibində hərbi xidmət keçmək üçün müqavilə bağlamış əcnəbi vətəndaşlar Rusiya vətəndaşlığı üçün müraciət edə bilələcəyi qeyd olunub.

Read More »