Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın məbləği açılanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib. Ümumilikdə, Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımın məbləği 57 milyon manatdan artıq (təxminən 34 milyon ABŞ dolları) təşkil edir ki, bunun yarıya qədəri cari il ərzində həyata keçirilib.
Read More »Bu il xarici ölkələrdən Azərbaycana repatriasiya olunan vətəndaşların sayı məlum olub
Bu il xarici ölkələrdən Azərbaycana repatriasiya olunan vətəndaşların sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib. Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunublar. 26 aprel tarixində Sudan Respublikasındakı vəziyyət ilə əlaqədar bu …
Read More »Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
31 dekabr – 6 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Boyukmillet.com bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın …
Read More »Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib
“Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı” təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı aşağıdakı kimidir: 1. Azərbaycan Audiovizual Şurası. 2. Əqli Mülkiyyət Agentliyi publik hüquqi şəxs. 3. Dövlət Reklam Agentliyi publik hüquqi şəxs. 4. İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs 5. Şuşa Şəhəri Dövlət Qoruğu …
Read More »Bakıdakı Dəmiryol Muzeyi yenidən fəaliyyətə başlayıb
Bu gündən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Dəmiryol Muzeyi yenidən ziyarətçilərini qəbul etməyə başlayıb. Bu barədə “Report”a ADY-dən bildirilib. Muzeyin açılışı 19 noyabr 2019-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Koronavirus (COVID-19) pandemiyası dövründə qapalı qalan muzeydə yenidənqurma işləri aparılıb və yeni eksponatlarla daha da zənginləşdirilib. Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan …
Read More »Laçında “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıb
Laçın şəhərində “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin açılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər. Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, bu gün Laçında həm də “İslimi” Xalçaçılıq Mərkəzi açılıb.
Read More »I Liqada dava düşmüş oyunla bağlı qərarlar verilib
AFFA İntizam Komitəsi I Liqanın XII turunda keçirilmiş “Karvan” – “Zaqatala” oyununda yaşananlarla bağlı qərar verib. Boyukmillet.com xəbər verir ki, Yevlax təmsilçisinin futbolçusu Amil Orucov 86-cı dəqiqədə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün ikisi şərti olmaqla üç oyunluq cəzalanıb. “Karvan” 200 manat ödəyəcək. 90-cı dəqiqədə meydan sahiblərinin digər oyunçusu Ruslan Voronsov təcavüzkar davranış (rəqibi təpiklə …
Read More »Rusiyada prezidentliyə namizədlərin sayı 33-ə çatıb
Rusiyayada prezidentliyinə namizədlərin sayı 33 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiyanın rəhbəri Ella Pamfilova məlumat verib. O, əlavə edib ki, MSK Rusiyada prezident seçkilərində siyasi partiyalar tərəfindən irəli sürülmüş 8 namizədin, habelə onları dəstəkləyən seçici qruplarının qeydə alınması üçün özü tərəfindən irəli sürülmüş 6 namizədin sənədlərini qəbul edib. “Siyasi partiyaların qurultaylarında irəli sürülən …
Read More »QHT Gənclər və İdman Naziri ilə görüşüb – FOTOLAR
Dekabrın 26-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov və idarə heyətinin üzvləri ilə görüşüb. Görüşdə komitənin inkişafı, fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az- a bildirib ki, görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Deflimpiya Komitəsinin …
Read More »İsmayıllı ilə Fransanın Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası qüvvədən düşüb
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Boyukmillet com xəbər verir ki, bəyanatda deyilir: “2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Fransa Respublikasının Evian-Le Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb. Həmin dövrdə xartiyanın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar