Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. Nazirlər Cənubi Qafqazdakı mövcud vəziyyəti, həmçinin 3+3 formatını müzakirə ediblər. Onlar həmçinin ikitərəfli münasibətlər barədə danışıblar.
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsi İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alıb. Bu barədə DSX-dən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Araşdırma zamanı saxlanılan …
Read More »Prezident ARDNF-nin gələnilki büdcəsini təsdiq edib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsini təsdiq edib. Boyukmillet.com xəbər verir ki, gələn il ARDNF-nin büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26,1% az – 12 073,3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8,9% çox – 12 900,2 milyon manat olacağı gözlənilir. 2024-cü ildə ARDNF-nin gəlirlərinin 8 146,2 milyon manatını və yaxud 67,5%-ni …
Read More »Prezident Qubada yol təmirinə 1,2 milyon manat vəsait ayırıb
Prezident İlham Əliyev Quba rayonunun Amsar‒Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, dövlət başçısının 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon təmir …
Read More »MSK imza vərəqələrinin yoxlanılmasına başlayıb
Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar imza vərəqələrinin yoxlanılmasına başlayıb. Bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib. Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə …
Read More »Rusiya XİN: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində perspektiv görürük”
Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması perspektivini bu üç ölkənin liderlərinin imzaladığı üçtərəfli bəyanatlar çərçivəsində görür. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Onun sözlərinə görə, rəsmi Moskva Cənubi Qafqaz regionunun rifahında maraqlıdır. “Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində də ilkin şərtlər var. Ümumiyyətlə, biz Cənubi Qafqazda münaqişə vəziyyətinin aradan qalxmasında …
Read More »Azərbaycan hərbi hava bölmələrində döyüş atışları icra olunub
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq döyüş heyətləri tərəfindən S-125 zenit-raket komplekslərinin (ZRK) start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib. Şəxsi heyətin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi …
Read More »Ağdamda 4-cü və 5-ci yaşayış məhəllələrinə 8 mindən çox adam köçürüləcək
Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı təməlini qoyduğu 4-cü və 5-ci yaşayış məhəllələrinə 8 min nəfərdən çox adamın köçürülməsi nəzərdə tutulur. “Report”un Ağdama ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib. “4-cü yaşayış məhəlləsinin ərazisi 13,96 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin …
Read More »Mirşahin: “Dəqiq bilirəm ki, Əbülfəz Elçibəy demokrat olmayıb”
“Dəqiq bilirəm ki, Əbülfəz Elçibəy demokrat olmayıb. Elçibəy bizim kanalımızı ən uzun müddətə bağlayan birinci adam olub. Hansı demokratiyadan söhbət gedir? Heç bir qanuni əsası yox idi. Bizim işimiz tarixi cəmiyyətə düzgün çatdırmaqdır. Hansı qanun, nə qanun? Sadəcə olaraq, kanalımızı bağladılar, efirə buraxmadılar. 1993-cü ilin iyun hadisələrini çəkməyə gedərkən aclıq elan etmişdim. Niyə aclıq elan etmişdim? Çünki bizim efirimiz yox …
Read More »Prezident İlham Əliyev Paşinyanla Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib
Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub. Boyukmillet.com xəbər verir ki, söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar