Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası 4 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları”nda dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra vətəndaşlar sözügedən sistemlə həyata keçirdikləri ödənişlərin təsdiqinə dair çıxarışları 5 il ərzində əldə edə biləcəklər. İndiyə qədər bu müddətə …
Read More »Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,60 % azalaraq 83,98 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçersləri 80,06 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda konfrans keçirilir
Bakıda “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbir Qoşulmama Hərəkatının (QHH) Parlament Şəbəkəsi, Bakı Təşəbbüs Qrupu, eləcə də Qoşulmama Hərəkatının Gənclər Təşkilatı tərəfindən təşkil olunub. Konfransın əsas məqsədi bu qlobal problemin həlli üçün platforma yaratmaqdır. Tədbiri giriş sözü ilə Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinin nümayəndəsi Rüstəm Mahmudov açaraq, Azərbaycanın QH-yə sədrlik etdiyi …
Read More »Leyla Həsənova: “Qoşulmama Hərəkatına sədrlik zamanı Azərbaycan dekolonizasiyaya xüsusi diqqət yetirib”
Qoşulmama Hərəkatına sədrlik etdiyi zaman Azərbaycanın əsas diqqət göstərdiyi məsələlərdən biri də dekolonizasiya olub. Boyukmillet.com-un xəbərinə görə, bunu Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş katibi Leyla Həsənova “Dekolonizasiya Dialoqları: İrs, Çağırışlar və İnkişaf” adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Gənclər Təşkilatının üzvləri bu məsələ ilə əlaqədar araşdırma, maarifləndirmə işləri aparıblar və bu proses davam edir. “Bu gün keçirilən tədbirdə …
Read More »Türkiyənin 32 əyalətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 304 şübhəli saxlanılıb
Türkiyənin 32 əyalətində İŞİD terror qruplaşmasına qarşı keçirilən antiterror əməliyyatı nəticəsində 304 şübhəli saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” səhifəsində yazıb. Nazir Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsi ilə əlaqələndirilmiş şəkildə 32 əyalətdə eyni vaxtda “Kahramanlar-34” əməliyyatı təşkil etdiklərini vurğulayıb. Onun sözlərinə görə, İstanbul, İzmir və Şanlıurfa da daxil olmaqla, həmin …
Read More »Azərbaycan Çexiyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “Çexiyanın Praqa şəhərindəki Çarlz Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, – XİN-dən bildirilib. Qeyd edək ki, Praqa şəhərindəki …
Read More »Azərbaycanın 9 boksçusu beynəlxalq turnirin finalına yüksəlib, 13-ü bürünc medal qazanıb
Gənc boksçular arasında Abbas Ağalarovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə Azərbaycanın 9 üzvü finala yüksəlib, 13-ü bürünc medal qazanıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Boks Mərkəzində baş tutan ənənəvi yarışda yarımfinal mərhələsinə yekun vurulub. 26 döyüşdə Azərbaycan millisinin 22 boksçusu rinqə çıxıb. Onlardan 9-u adını finala yazdırıb, 13 nəfər isə yarımfinalda məğlub olub. Qazaxıstan yığmasının da 9 idmançısı finalda mübarizə …
Read More »Ermənistanın XİN rəhbəri və KTMT-nin baş katibi Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və KTMT-nin baş katibi İmanqali Tasmaqambetov İrəvanda Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüş zamanı Ararat Mirzoyan və İmanqali Tasmaqambetov regiondakı vəziyyət, nəqliyyat və iqtisadi əlaqələrin inkişafına yönəlmiş layihələr barədə fikir mübadiləsi aparıblar.
Read More »Vilayət Eyvazov avtomobillərin texniki baxışı ilə bağlı dəyişiklikləri təsdiqləyib
“Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov dəyişiklik barədə müvafiq qərar imzalayıb. Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi …
Read More »Şamaxıda polis əməkdaşı qohumunu güllələyərək öldürüb, daha sonra intihara cəhd edib
Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar