Azad edilmiş ərazilərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri fəaliyyət göstərəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) icraçı katibi Ceyhun Mirzəyev qurumun növbədənkənar XXVI Baş Məclisində hesabat tədbirində çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, AzQAC-ın “Böyük Qayıdış” layihəsi çərçivəsində üç şəhərdə ofis inşa etməsi gözlənilir.
Read More »İsrail-HƏMAS müharibəsinin adı dəyişir
İsrail hökumətinin adlar üzrə komissiyası qarşıdan gələn həftə HƏMAS-la müharibəyə yeni adın seçilməsi məsələsini müzakirə edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin “Kan Bet” radiostansiyası məlumat yayıb. Bildirilib ki, komissiyaya bu adlar təklif olunub: “Yaradılış müharibəsi” (Tövratın birinci kitabının adından götürülüb), “Tövratın Simxat (müharibənin başlandığı gün – red.) müharibəsi”, “Dirildən ruhun müharibəsi”. Məlumata görə, adlar üzrə hökumət komissiyası təbiət elmləri, …
Read More »Azərbaycan Kuboku: azarkeşlər və idman ictimaiyyətinin nümayəndələri Xankəndiyə çatıblar
“Qarabağ” və MOİK arasında keçiriləcək Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununa gedən azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri və jurnalislər Xankəndiyə çatıblar. Boyukmillet.com xəbər verir ki, Bakıdan çıxan avtobuslar 6 saat yol qət ediblər. Qeyd edək ki, qarşılaşma saat 14:00-da başlayacaq. Bu matçın qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək. Xankəndidəki görüş 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk futbol oyunu olacaq.
Read More »Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın investisiya qoyub
1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,9 milyard ABŞ dolları investisiya yatırıb. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşunun məbləğinə görə Türkiyə 1-ci yerdədir: “Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişafının …
Read More »Fövqəladə Hallar Nazirliyi İT resurslarını qismən “Hökumət buludu”na köçürüb
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir. Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə …
Read More »Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 KSES-i bərpa edəcək
Azərbaycan Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 kiçik su elektrik stansiyasını (KSES) bərpa etməyi planlaşdırır. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, nazirliyə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC qardaş ölkədən olan şirkətlərlə danışıqlar aparır və bu …
Read More »Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb
Dekabrın 10-da və 19-da Bakı şəhər sakini olan bir nəfərin bank kartlarından hesablarındakı 20.000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Read More »Hindistan Fransadan “Rafale” qırıcılarının tədarükü üçün müraciət alıb
Hindistan Müdafiə Nazirliyi ölkə istehsalı olan ilk təyyarə gəmisi “Vikrant” üçün “Dassault Aviation” tərəfindən istehsal olunan 26 “Rafale Marine” qırıcısının tədarükünə dair Fransadan müraciət alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Times of India” qəzeti yazıb. Məlumata görə, müraciət oktyabr ayında Hindistanın Parisə göndərdiyi sorğuya cavab olub. Qeyd edilib ki, Hindistan bu il ölkənin Qoa ştatında sahilyanı təlim poliqonunda …
Read More »Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbədənkənar XXVI Baş Məclisi keçirilir. Boyukmillet.com xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan iclasa 400 nəfərə yaxın iştirakçı qatılıb.
Read More »Bakının 8 Noyabr prospektinin bir hissəsində təmir işləri yekunlaşıb
Bakının Xətai rayonunun 8 Noyabr prospektinin 9-cu km-dən “Zığ dairəsi” istiqamətində aparılan təmir işləri yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, prospektin sözügedən hissəsində asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.Belə ki, təmir çərçivəsində uzunluğu 261 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar