Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər çərçivəsində Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq keçirilən məşğələlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər, eləcə də ölkəmizdə və dünyada baş …
Read More »Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsində vasitəçilik edib
Qətər ABŞ və Venesuela arasında məhbus mübadiləsi razılaşmasında vasitəçi kimi çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb. “Qətər ABŞ və Venesuela arasında bir sıra məhbusların mübadiləsində vasitəçilik rolunu uğurla həyata keçirib”, – bəyanatda qeyd edilib. Qətər XİN-nin dövlət naziri Məhəmməd əl-Xuleyfi QNA agentliyinə məlumat verib ki, Karakas …
Read More »“Qarabağ” – MOİK oyununun hakim təyinatları açıqlanıb
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin “Qarabağ” – MOİK oyununun təyinatları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanı Əli Əliyev idarə edəcək. Bu gün baş tutacaq görüşə saat 14:00-da start veriləcək. 14:00. “Qarabağ” – MOİK Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu VAR: Cavid Cəlilov AVAR: Kamran Bayramov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Emin Cəfərov
Read More »Azərbaycanda “İlin vəkili” nominasiyası təsis edilib
Vəkillər Kollegiyasında (ARVK) “İlin vəkili” nominasiyası təsis edilib. Bu barədə “Report”a qurumdan məlumat verilib. Bildirilib ki, bu il dekabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. VKİ sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. İclas gündəliyinə uyğun olaraq, “Azərbaycan vəkili” jurnalının yeni formatda buraxılışa verilməsi məsələsinə baxılıb və müsbət qərar qəbul edilib. Diqqətə çatdırılıb ki, baş redaktoru …
Read More »Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir
Bu gün Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu işə başlayıb. Boyukmillet.com xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş tədbirin təşkilatçıları İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” (TÜİB) İctimai Birliyidir. Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri …
Read More »Azərbaycan neftinin qiyməti 85 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,40 ABŞ dolları, yaxud 1,67 % artaraq 85,35 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçersləri 79,32 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »Sabah Azərbaycana qış fəsli gəlir
Sabah Azərbaycana qış fəsli gəlir. Boyukmillet.com xəbər verir ki, qış günəşduruşu dekabrın 22-si saat 07:27-də olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə …
Read More »Prezident İlham Əliyev Şuşada bir sıra obyektlərdə tikinti və bərpa işləri ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, “Aşağı Gövhər Ağa” məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Meksika mətbuatında Ermənistan tərəfinin qərəzli iddiaları ifşa olunub
Meksikanın aparıcı KİV-indən olan “El Economista” qəzetində səfir Məmməd Talıbovla müsahibə əsasında “Azərbaycan Ermənistanla sülh istəyir” başlıqlı məqalə dərc olunub. Məqalə adıkeçən nəşrdə daha öncə yayımlanmış Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasına cavab olaraq qələmə alınıb. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Müsahibə zamanı ünvanlanana suallara cavab olaraq səfir münaqişə tarixi barədə məlumat verib, Azərbaycan ərazisinin iyirmi faizinin 30 il boyunca …
Read More »Ötən gün vətəndaşlardan 2 tapança, 5 qumbara, 11 tüfəng götürülüb
Polis əməkdaşları ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 2 tapança, 5 qumbara, 11 tüfəng təhvil götürüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, dekabrın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 5 ədəd qumbara, 3 patron darağı, 146 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar