Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İstanbulun ən gözəl məkanı: Galataport

MAPIC 2023 Mükafatlarında “Ən Yaxşı Yeni İnkişaf Layihəsi” olaraq tanınan Galataport, Karaköyün İstanbulun cazibə mərkəzi olaraq şöhrətlənməsinə töhfə verir. İstanbulun mütləq görməli yerlərindən biri olan Karaköy lüks yaşayış yerlərindən alış-veriş, restoranlar və müasir incəsənət mərkəzlərinə qədər hər şeyi əhatə edir. Karaköyün mərkəzində yerləşən İstanbulun kruiz limanı olan Galataport, MAPIC 2023 Mükafatlarında dünya üzrə “Ən Yaxşı Yeni İnkişaf Layihəsi” seçildi. Beləliklə, …

Read More »

Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb

Boyukmillet.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev Günəşli kəndinin ərazisindəki örüş sahəsindən tapdığı 1 ədəd “Valter” tipli tapança və 5 ədəd patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib. …

Read More »

Naxçıvanda Qazilər İctimai Birliyinin ofisi istifadəyə verilib

Naxçıvanda Qazilər İctimai Birliyinin ofisi istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, açılış tədbirində əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli əlamətdar tədbir münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, şəhid və qazi ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasətinin tərkib hissəsidir. Naxçıvanda da şəhid …

Read More »

DAK 21 Azər tədbiri keçirdi

Bu gün Dünya Azərbaycanlıları Konqresi Yazıçılar Birliyinin Natəvan klubunda XX yüzil tariximizin ən şərəfli günlərindən olan Cənubi Azərbaycanda Milli Hökumətin qurulmasının-“21 Azər Hərəkatı” nın 78-ci ildönümünə həsr olunmuş toplantı keçirib. Toplantını DAK həmsədri Sabir Rüstəmxanlı açaraq XX əsrdə Azərbaycanın istiqlal və bütövlük mübarizəsindən, bu mübarizə tarixində 21 Azər hərəkatının müstəsna rolu haqda danışıb. Tədbir iştirakçıları Pişəvəri hökuməti dönəmində qəbul edilmiş …

Read More »

Aİ-nin sammitində Vahid Müdafiə Bazarının yaradılması müzakirə olunacaq

Dekabrın 14-15-də keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində ilk dəfə olaraq təşkilatın Vahid Müdafiə Bazarının yaradılması müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb. Macarıstanın etirazlarına baxmayaraq, Aİ-nin sammitinin gündəliyinə Ukraynanın quruma üzvlüyünə dair danışıqların aparılması və 50 milyard avronun ayrılması məsələsi yer alıb.

Read More »

Ermənistanda polis rəisi və polis rəisinin müavini korrupsiyaya görə həbs olunublar

Ermənistanda Daxili İşlər Nazirliyinin Polis İdarəsinin Qoris şöbəsinin rəisi Muşeq Gevorqyan və Kapan şöbəsinin rəis müavini Vaqarşak Ginosyan həbs olunublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilib ki, onlar Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin keçirdiyi əməliyyat nəticəsində tutulublar.

Read More »

Azərbaycandan Çinə quş ətinin ixracına icazə verilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti və digər quşçuluq məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub. Bu barədə “Report”a AQTA-dan məlumat verilib. Agentlik Çinin müvafiq qurumu ilə aparılan əməkdaşlıq çərçivəsində bu ölkənin baytarlıq sahəsi üzrə idxal tələbləri əldə olunub və həmin istiqamətdə Azərbaycan …

Read More »

İlham Əliyev Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətin mətnini gənclər və idman naziri Fərid Qayıbov oxuyub. Mətndə deyilir: “Əziz gənclər! Sizi – Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər …

Read More »

Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər

Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər. Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində …

Read More »