“Azərbaycan COP29 üçün ölkəyə gələn qonaqları qəbul etməyə hazırdır və bu yöndə hazırlıqlar prosesi davam edəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yekun sessiyasında jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, COP29 gələn ilin noyabrında baş tutacaq: “Bir il vaxtımız var. Təkcə infrastruktur üzrə yox, kontent üzrə də çox çalışmalıyıq. Bütün dünyanın iqlimlə …
Read More »Yeniyetmələrimiz 20-ci Beynəlxalq Elm Olimpiadasında 4 medal qazanıblar
Tailandın Banqkok şəhərində keçirilən Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023) məktəblilərimiz uğurla çıxış ediblər. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri “Kaspi” liseyinin X sinif şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və …
Read More »Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Bankın keçirdiyi lotereyanın reklamının məzmununda qanunvericiliyin tələbinin pozulması ilə bağlı televiziya kanallarına xəbərdarlıq edilib. Bu barədə Audiovizual Şuradan məlumat verilib. Bu gün keçirilən iclasda oktyabr ayı ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış reklam materiallarının monitorinqi müzakirə olunub. Audiovizual Şura ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə həyata keçirdiyi monitorinqlər nəticəsində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının reklam materialında bank tərəfindən …
Read More »Orxan Fikrətoğluna yeni vəzifə həvalə olunub
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktorunun vəzifəsinin icrası yazıçı-jurnalist Orxan Fikrətoğluna həvalə olunub. Boyukmillet.com xəbər verir ki, o, bir müddətdir ki, bununla bağlı işlərə başlayıb. O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur. Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxmaqla bağlı ərizə yazmışdı. Onun ərizəsi qəbul olunub və …
Read More »Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib
Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib. Bildirilib ki, xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Həbs edilmiş şəxs Nurlan Rəhim oğlu Məmmədliyə anası Telli Ənnağı qızı Məmmədovanın gətirdiyi sovqatdakı şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,266 qram heroin …
Read More »Goranboyda pirotexniki vasitə satan şəxslər saxlanılıb
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı 2 nəfər rayon sakinindən satdıqları partlayıcı pirotexniki vasitələr …
Read More »COP29 gələn il Azərbaycanda keçiriləcək
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının – COP29-un Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan Əl-Cabir deyib. COP28 konfransında, həmçinin Azərbaycanın zəngin mədəniyyəti və tarixinin təqdimatı nümayiş olunub. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu …
Read More »Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan daha şəxsin Gürcüstandan Azərbaycana ekstradisiyası təmin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Rzayev Namiq İbrahim oğlunun ekstradisiyası haqqında qərar qəbul …
Read More »Səhiyyə Nazirliyi qızılcadan qorunmağın yollarını açıqlayıb
Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu peyvəndləmə olmasını deyib. Boyukmillet.com-un xəbərinə görə, o bildirib ki, qızılca əsasən körpə və azyaşlı uşaqlar arasında yayılan xəstəlikdir. Həkim-infeksionist söyləyib ki, xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür. S.Cəfərova vurğulayıb ki, qızılca və xəstəliyin …
Read More »Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb. Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 2-dək nəzərdə tutulmuşdu.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar