Türkiyə sərhədçiləri Van bölgəsində sərhəddə 143 kiloqram narkotik ələ keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, sərhədçilər Vanda sərhəddə həyata keçirdikləri kəşfiyyat və axtarış tədbirləri nəticəsində 143 kiloqram narkotiki ələ keçiriblər.
Read More »Azərbaycan neftinin xalis mədaxil qiyməti 22 % azalıb
Bu ilin yanvar-sentyabr aylarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin xalis mədaxil qiyməti 78,6 ABŞ dolları təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun (ARDNF) gələnilki büdcəsinə verdiyi rəydə bildirilir. Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22 % azdır. “Bu ilin 9 ayında ARDNF-in büdcə gəlirləri 14 878,3 milyon manat və …
Read More »Milli Məclis Rəqabət Məcəlləsini qəbul edib
Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. Boyukmillet.com-un xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin …
Read More »Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayır
Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Bakı və İrəvan arasında qarşılıqlı etimadı gücləndirmək və ölkələr arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün addımlar atmaq barədə razılaşmanı alqışlayıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. “Mən Azərbaycan və Ermənistan arasında regionda sülh və sabitliyə töhfə verən razılaşmanı alqışlayıram”, – O.Varhelyi qeyd edib. O, …
Read More »Azərbaycan-Türkiyə HHQ nccvümayəndələri arasında qərargah danışıqları keçirilib
Azərbaycanla Türkiyə arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 14-cü Qərargah danışıqları keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ankara şəhərində keçirilən görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Qərargah danışıqları zamanı hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə qarşılıqlı …
Read More »Spiker: “Növbədənkənar Prezident seçkiləri müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcək”
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 8-də keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, spiker 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin yaranan yeni reallıqların təsbiti olduğunu söyləyib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda və …
Read More »Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Azərbaycan Ukraynaya humanitar yardımın növbəti hissəsini göndərib
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir. Xatırladaq ki, ümumi …
Read More »Zəif politoloqlar, yoxsa təxminlərdən uzaq proseslər?
Yadınızdadırsa, bir neçə il bundan əvvəl Azərbaycanda ard-arda iki devalvasiya oldu. Çox ciddi hadisələr idi. Həmin vaxt araşdırdım ki, heç bir iqtisadçı ekspert ölkəni silkələyə biləcək belə bir hadisənin mümkünlüyünə dair nəinki dəqiq proqnoz, heç buna yaxın olan şərh belə verməmişdi. Bu iradımı yazdım. Dostumuz olan bir iqtidasçı öz nəzarətində olan saytda devalvasiyadan əvvəlki köhnə tarixə güya belə bir hadisə …
Read More »Narkotik həbləri Bakıya daşıyaraq satışını təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakı şəhərinə daşıyaraq burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar. Onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş Bakı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar