Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək – RƏSMİ

Azərbaycanda qrip əleyhinə vaksinasiya dövlət xəstəxanalarında pulsuz həyata keçiriləcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Məlumatda qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə peyvəndin istehsalçısı Niderlanddır. Peyvəndlər yalnız dövlət tibb müəssisələrində tətbiq edilir və ödənişsizdir.

Read More »

Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu yenidən bərpa olunur – SƏRƏNCAM

Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu yenidən qurularaq bərpa olunur. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan-Kəlbəcər (9 km)-Ağdərə-Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün …

Read More »

Prezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib. Boyukmillet.com-un xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısına məlumat verilib ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq …

Read More »

Azərbaycanda hərbçilərin ərzaq pulu 210 manat artırılacaq – RƏSMİ

Azərbaycanda hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə …

Read More »

Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşəcəyi yer açıqlanıb

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının iclası noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Toplantıda iki ölkə arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq. Komissiyalara Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan rəhbərlik edir. Xatırladaq ki, bir …

Read More »

Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının iclası keçiriləcək, Ceyhun Bayramovun iştirakı gözlənilir

Dekabrın 5-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığına diqqətin artırılması ilə bağlı iclas keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Toplantıda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur. İclasda cari məsələlərin müzakirə olunacağı da gözlənilir.

Read More »

Elm və təhsil naziri Qarabağ Universitetinin yaradılmasından danışıb

“Qarabağ Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Hər şeyi yenidən və düz qurmaq imkanımız olacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin universitetin timsalında elm və ali təhsilin inteqrasiyası daha yaxşı qurulacaq: “Ancaq şəxsi maraqlarn böyük elmi maraqları üstələməməsinə çalışmaq lazımdır. Əminəm ki, …

Read More »

“Tərtər işi” ilə bağlı həbs olunan bir qrup keçmiş hərbçiyə hökm oxunub

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Report”un yerli bürosunun xəbərinə görə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V.Ələsgərov 5 il 6 …

Read More »

Müdafiə Nazirliyində hərbçilərin maaşının artırılması məsələsi müzakirə olunub

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Toplanışda çıxış edən idarə rəisi …

Read More »