Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir və Təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinin tərəfdarıdır. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb. 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuş Bakı şəhərinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahəvi nazirlərinin bir …
Read More »Türkiyədə şaxtanın çökməsi nəticəsində 3 nəfər ölüb
Türkiyənin cənub-şərqindəki Siirt şəhərində mis şaxtasında baş verən çökmə nəticəsində 3 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, hadisə yerinə xilasedicilər, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları, polis qüvvələri göndərilib.
Read More »Ukraynada yaralanmış “Rossiya 24” telekanalının müxbiri ölüb
Ukraynanın Zaporoye vilayətində yaralanan Rusiyanın “Rossiya 24” telekanalının müxbiri Boris Maksudov noyabrın 23-də ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin məlumatına əsasən, jurnalist Rusiyanın ilhaq etdiyi Zaporojye ərazisinə Ukrayna Silahlı Qüvvələrinin dron hücumu nəticəsində yaralanmışdı.
Read More »HHQ-də buraxılış mərasimi keçirilib
Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Mərasimdə çıxış edənlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsində …
Read More »Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq
Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq. Boyukmillet.com xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə qaçış tədbiri noyabrın 24-də Dənizkənarı Milli Park ərazisində keçiriləcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq ultramarafonda 50-yə yaxın iştirakçının mübarizə aparacağı gözlənilir. Ağ şəhər …
Read More »Sahil Babayev: “Son 12 ildə İƏT üzv ölkələrində işsizlik səviyyəsi nisbətən pisləşib”
“Son 12 ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi nisbətən pisləşib”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, işsizliklə bağlı çağırışlar hələ də gündəmdədir: “Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər …
Read More »Azərbaycan Prezidenti İƏT-in əmək nazirlərinin 5-ci konfransının iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov oxuyub.
Read More »Rusiya XİN: “Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasında Aİ və ABŞ-nin vasitəçiliyi nəticə vermir”
“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində Avropa İttifaqı (Aİ) və ABŞ-nin vasitəçiliyində real nəticə yoxdur”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. “ABŞ və Aİ-nin bir sıra səbəblərə görə etibarlı vasitəçi sayıla bilməyəcəyinə baxmayaraq, İrəvan Vaşinqton və Brüsseldə sülh sazişi üzrə danışıqlara can atır. Onların addımları Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa …
Read More »Prezident Azərbaycanın Kahramanmaraşda tikinti aparması barədə sazişi təsdiqləyib
Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması ilə bağlı saziş təsdiqlənib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzalayıb. Saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb.
Read More »Pakistan vətəndaşı Azərbaycan-Gürcüstan sərhədini pozarkən saxlanılıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. DSX-dən bildirilib ki, noyabrın 21-də saat 18:15-də Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşı – 2001-ci il təvəllüdlü Azan Sohail Muhammad Azərbaycan …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar